13 fevral tarixində keçiriləcək hərracda satılacaq avtomobillərin siyahısı müəyyən olub. Hərraca çıxarılan avtomobillər Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının nəzdində olan avtomobillərdir. Satışa ümumilikdə 10 avtomobil təqdim edilib. Hərracda DİN-nin balansında olan QAZ-31105 və “Mersedes Benz Daymler” markalı avtomobillərlə yanaşı, 2007-ci il istehsalı olan BMV 320 markalı avtomobillər də satılacaq. Özəlləşdirməyə ümumilikdə yeddi BMV 320 təqdim edilib. Bu BMV-320 avtomobillərinin ilkin satış qiyməti 5200 manatdan başlayır. Sözügedən marka avtomobillər üçün müəyyən edilmiş ilkin start qiyməti olduqca sərfəlidir. Hazırda avtomobil alqı-satqısı ilə məşğul olan saytlarda sözügedən avtomobilin qiyməti 20.000 manatdan yüksək təqdim edilib./axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?