Yanvarın 18-də Müsavat Partiyasının keçmiş başqanı, Mİlli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananı tərk edib.
Müsavat Partiyasının mətbuat xidmətinin məlumatına görə, yanvarın 13-də İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanaya yerləşdirlib.O ürək-damar sistemi fəaliyyətinin gücləndirilməsi üçün tibbi prosedurlardan keçib.
Mərkəzi Klinik Xəstəxananın kardioloqu Firdovsi İbrahimov deyib ki, İsa Qəmbərin ürək damarlarına stentlər yerləşdirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?