Əvvəlki illə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 6, qəsdən adam öldürmə cinayətləri 4,8, soyğunçuluqlar 10, quldurluqlar 16, dələduzluqlar 3,4, avtonəqliyyatın qaçırılması 6,3, xuliqanlıq cinayəti isə 12,2 faiz azalıb.
Bunu Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.
M.Seyidov bildirib ki, cinayətlərin 80, onun ağır növlərinin 78,7, qeyri-aşkar şəraitdə baş verənlərin 69,7, şəxsiyyət əleyhinə olan cinayətlərin 94,4, o cümlədən qəsdən adamöldürmələrin 92,9, adam öldürməyə cəhdlərin 96,9, qəsdən sağlamlığa ağır zərər vurmaların 90,2, adam oğurluqlarının 80 faizinin açılması təmin olunub."/axar.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?