Rusiyanın Buryatiya Respublikasının Ulan Ude şəhərində 9-cu sinif şagirdi məktəbə balta ilə hücum edib.
Bu gün səhər şəhərin 5 saylı orta məktəbində yeniyetmə 7-ci sinif şagirdlərinə hücum edib və kabinetlərdən birini yandırıb.
Buryatiya Respublika Prokurorluğunun məlumatında bildirilir ki, insident nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 3 nəfərin, o cümlədən müəllimin vəziyyəti ağırdır.
Hücum edən şəxs özünə də xəsarət yetirib. O da xəstəxanaya yerləşdirilib.
Bəzi məlumatlara görə, məktəbə hücum edənlər üç nəfər olub. Onlardan ikisi hadisə yerindən qaçıb gizlənib.
Faktla bağlı iki və daha artıq şəxsə qəsd maddəsi ilə cinayət işi başlanıb./APA
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?