GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fazil Məmmədovun kürəkəninin biznesi də təftiş olunur

Fazil Məmmədovun kürəkəninin biznesi də təftiş olunur

Tarix: 26-01-2018, 14:28 Bölmə :Cəmiyyət Baxış: 462
Fazil Məmmədovun kürəkəninin biznesi də təftiş olunur

Əbdül Əliyevin İngiltərədə şirkətləri, restoranı üzə çıxdı; sabiq nazirin kürəkəni “Barclays Bank”dan külli miqdarda kredit alıb

İşdən çıxarılan vergilər naziri Fazil Məmmədovun kürəkəni 28 yaşlı Əbdül Əliyevin də xaricdəki biznesi təftiş olunur və siyahıya alınır. 2017-ci ilin avqustunda sabiq vergilər naziri Fazil Məmmədovun qızı Selcan Xatun Məmmədova ilə evlənən Əbdül Əliyevin İngiltərədə biznesi üzə çıxarılıb. Bu haqda criminal.az saytı xəbər yayıb. Sayt yazır ki, Əbdül Əliyevin atası Namiq Əliyev Fazil Məmmədovun müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri vəzifəsində çalışıb. Azərbaycan Güləş Federasiyasının rəhbəri olan Fazil Məmmədov toydan 2 ay sonra naməlum səbəbdən yeni qohum olduğu Namiq Əliyevi Federasiyanın vitse-prezident vəzifəsindən kənarlaşdırıb. Hansı ki, Namiq Əliyev bu vəzifədə 10 ildən çox fəaliyyət göstərib. 5 dekabr 2017-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə Fazil Məmmədov nazir postundan azad ediləndən 1 ay sonra keçmiş nazirin müavini, həmçinin qudası Namiq Əliyev də prezidentin sərəncamı ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Onun adı nazirliyin rəsmi saytında nazir müavinlərinin siyahısından da çıxarılıb. Namiq Əliyev nazir müavini postuna təyin olunmamışdan əvvəl 1991-ci ildən Respublika Prokurorluğunda prokurorun köməkçisi və digər vəzifələrdə çalışıb. Keçmiş nazirin kürəkəni Əbdül Əliyev ilk şirkətini hələ 24 yaşı olarkən İngiltərədə biznes qurmağa başlayıb. Şirkətə məxsus saytın səhifəsində yazılan məlumata görə, “Butarose Limited” şirkətinin başlıca marağı əmlak və biznes işlərinin təkmilləşdirilməsinə yönəlib. “Butarose Limited” şirkətinin 2016-cı ilə olan hesabatında göstərilir ki, şirkətin bank hesabında 800 min min İngiltərə funtu olub. Ə.Əliyevin İngiltərədə “GrocrHoldings” və “Bridge Street Restaurant Limited” şirkətləri ilə yanaşı “Vero İnvestments” və “Optimet Finishing” şirkətləri də var.

2017-ci ildə Əbdül Əliyev “Bridge Street” restoranının ortağı olan James Murray ilə İngiltərə bankı olan “Barclays Bank”dan restoranı girov qoymaqla iri məbləğdə kredit götürüb. Fazil Məmmədovun ətrafında baş verənlərin Namiq Əliyevin, onun oğlu Əbdül Əliyevin də biznes maraqlarına necə təsir edəcəyini isə zaman göstərəcək.

Yada salaq ki, F.Məmmədov ötən il dekabrın 5-də vergilər naziri postundan çıxarıldı. 17 ilə yaxın vergilər naziri postunu tutan Fazil Məmmədovun bu şəkildə işdən çıxarılacağını heç kim, heç özü də gözləmirdi. 2 aya yaxındır ki, F.Məmmədov işsizdir. Onun ölkədən çıxışına qadağa qoyulaması haqda xəbərlər var. sabiq nazirin işdən çıxarılmasının səhhəti ilə əlaqəli olduğu açıqlansa da, bu təqdimata inananlar azdır. Heç Fazil Məmmədovun özü də bu təqdimatla razılaşmır. O vəzifəsindən çıxarılandan 2 gün sonra bu xəbəri yalanlamışdı. Demişdi ki, iddia edildiyi kimi ağır xəstə deyil, az xəstədir. Yəni Fazil Məmmədov işində qalıb davam edə biləcəyi mesajını çatdırmışdı. İşdən çıxarıldığı ilk günlərdə Fazil Məmmədovun çevrəsi onun səfir göndəriləcəyi ilə bağlı xəbərlər yayması da onun xəstə olmadığını bir daha təsdiqləmək üçün ortaya atılan informasiyalardan idi.

Fazil Məmmədovun ölkədən iri məbləğdə - 4,5 milyard manat “qara pullar”ın çıxarılmasına görə işdən kənarlaşdırılması haqda məlumatlar var. Onun maliyyə xəyanətinə görə işdən qovulduğu deyilir. İşdən çıxarılandan 1 gün sonra Ali Məhkəmədən bu baxımdan maraq doğuran açıqlama verilmişdi. Dekabrın 5-də axşam saatlarında artıq sabiq nazirə çevrilən Fazil Məmmədovun fəaliyyətinə dekabrın 6-da səhər Ali Məhkəmədən belə bir qiymətverici məlumatla münasibət açıqlanıb. Rəsmi məlumat belə idi: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin Vergilər Nazirliyinin struktur qurumlarına qarşı inzibati-iqtisadi məhkəmələrdə 2016-cı ildə 869, 2017-ci ilin birinci yarısında 218, cəmi 1087 iddiaya baxılıb”.

“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev məlumat verib. H.Mirzəyev bildirib ki, bunlardan 688 (63,3%) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9%) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8%) iddia isə mümkün sayılmayıb. “Təəssüflə qeyd etmək istərdim ki, bəzən mətbuat orqanlarında məhkəmələrdə baxılan işlər barədə həqiqətə uyğun olmayan və qərəzli yazılar dərc olunur. Həmin yazılardan belə bir yanlış nəticə çıxır ki, guya məhkəmələr vətəndaşların, sahibkarların və hüquqi şəxslərin inzibati orqanlara qarşı iddialarını rədd edir, onların qanuni hüquqlarını müdafiə etmirlər. Sözsüz ki, bu, belə deyil. Əvvəl qeyd etdiyim faktlar, baxılan işlərin statistikası həmin mətbu orqanların qərəzli və həqiqətə uyğun olmayan məlumatlarını təkzib edir. Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir. 1 noyabr 2017-ci il tarixinə olan məlumata əsasən, respublika üzrə 902 min 303 vergi ödəyicisi qeydiyyatdan keçib. Onlardan 399 min 774 vergi ödəyicisi aktiv fəaliyyətdədir və vaxtında vergiləri ödəyirlər. Məhkəmələrdə bu cür baxılan işlərin sayı az olduğundan (aktiv vergi ödəyicilərinə nisbətdə işlərin sayı 2016-cı il və 2017-ci ilin 6 ayı üzrə cəmi 1087, yəni 0,3 faiz təşkil edir) vergi münasibətlərinə heç bir təsir göstərə bilməz. Vergi ödəyicilərinin ümumi sayını nəzərə alaraq bu cür mübahisələrin az olması onu göstərir ki, əksər hallarda vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vergi öhdəliklərini yerinə yetirirlər”.

Yəni elə ilk günlərdəcə Fazil Məmmədova ismarıc verilib ki, onun qanunsuzluqlarından narazı qalan sahibkar ordusu var. Onların az bir qisminin ifadələrinin rəsmiləşdirilməsi Fazil Məmmədov və komandasının həbsinə kifayət edər. Hazırda hələ ki, material şəkilində olan və hər an cinayət işinə çevrilə biləcək cinayət dosyeləri toplanır. Sabiq nazirin kürəkənin biznesinin təftiş edilməsi də təsadüfi deyil. Bu işlərin varlığı ölkədən çıxarılan 4.5 milyardlıq “qara pul”un geri qaytarılması üçün qarantiya rolunu oynaya bilər...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədovun qudası da işdən çıxarıldı

    Fazil Məmmədovun qudası da işdən çıxarıldı ...

    14-01-2018, 20:17

  • 
  • Mikayıl Cabbarov Fazil Məmmədovun daha bir kadrını "vurdu"

    Mikayıl Cabbarov Fazil Məmmədovun daha bir ...

    10-01-2018, 13:12

  • 
  • Azərbaycanın "ən varlı adamı" Fazil Məmmədovun, qudalarının, qohumlarının milyardlıq mülkləri, obyektləri üzə çıxdı - SİYAHI

    Azərbaycanın "ən varlı adamı" Fazil ...

    22-12-2017, 15:10

  • 
  • Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

    Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə ...

    6-12-2017, 17:20

  • 
  • Fazil Məmmədovun qohumu Azərbaycan Univeristetində rektorluqdan kənarlaşdırılır

    Fazil Məmmədovun qohumu Azərbaycan ...

    10-01-2018, 17:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu