Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Suraxanı rayon şöbəsinin fəaliyəti Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən araşdırılır.
gundemxeber.az-in azeuronews.com–a istinadən əldə etdiyi özəl məlumatda deyilir ki, araşdırma işdən çıxarılmış bir neçə şöbə əməkdaşının idarayə təqdim etdikləri sənədlər əsasında aparılır. Bildirilir ki, həmin sənədlərdə şöbədə baş verən ağır maliyyə cinayətlərinin üstünü açmağa imkan verən məlumatlar yer alıb. Əsasən saxta pensiya işləri, ayrı-ayrı pensiyaçıların bank hesablarına köçürülərək mənimsənilmiş yüz min manatlatla vəsaitdən söhbət gedir. İddia olunur ki, hazırda araşdırma çərçivisində DSMF Suraxanı şöbəsindən mütəmadi olaraq bu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə sənədlər daşınır. Aldığımız məlumata görə, təqdum olunmuş faktlar təsdiqini tamaqdadır. Yada salaq ki, bu DSMF Suraxanı şöbəsində ilk yoxlama deyil. Bundan əvvəl də şöbədə yoxlama baş verib. Şöbənin müdiri Şahalı Cəbiyevdir. Onun qardaşı Əjdər Cəbiyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəridir və faktiki olaraq Nazirliyin bütün fəaliyyətinə nəzarət edir. Mətbuatda bundan əvvəl də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanlarında törədilən maliyyə cinayətləri ilə bağlı ilginc məlumat yer alıb. Bu xüsusda Nazirliyin funksiyasına daxil olan ən böyük sahə olan pensiya təyinatı və ödənişindən bəhs olunub. Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mövqe öyrənmək cəhdimiz uğursuz oldu.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?