Bu ilin yanvarında yaşadığı evdə özünü asaraq intihar edən Ceyhunun anası ATV telekanalında yayımlanan "Bizimləsən" verilişinə müraciət edib.
Qadın 26 yaşlı oğlunun intihar etdiyinə inanmadığını, bu hadisədə müəmmalı məqamların olduğunu bildirib.
"Mənim oğlum intihar edə bilməzdi. Gecə onun asılmış meyitini Elnarə adlı qadın tapıb. Qadının sözlərinə görə, guya oğlum ona mesaj yazıb ki, 15 dəqiqəyə gəlməsən, özümü öldürəcəyəm. Qadın bildirib ki, mesajda "sağ ol özündən müğayət ol. Mənə xəyanət etmə" sözləri yazılıb. Oğlumun heç bir problemi yox idi, O, intihar edə bilməzdi, özü üçün çay süzüb stolun üstündə qalıb çayı. Niyə mənim oğlumun meyitini gecə yarısı o qadın tapmalı idi".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?