"Biologiya və Tibb Elmləri Bölməsində həll olunmamış və öz həllini gözləyən problemlər var. Biz bunu bilirik".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.
AMEA prezidenti fizioloqların və zooloqların vəziyyətinin gərgin olduğunu bildirib: "ANS telekanalı uzun müddət idi ki, Zoologiya İnstitutunda məskunlaşmışdı. Onlar tədricən İnstitutun binasını boşaltmağa başlayıblar".
A. Əlizadə qeyd edib ki, bölmədəki problemlərin həlli istiqamətində Rəyasət Heyəti tərəfindən əməli addımlar atılmalıdır.
Qeyd edək ki, "ANS Müstəqil Yayım və Media Şirkəti" müqavilə əsasında Zoologiya İnstitutunun binasını icarəyə götürüb. İcarə müqaviləsinin müddəti başa çatıb və yeni müqavilə bağlanmayıb.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.
Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın lisenziyasını ləğv edib./APA
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?