GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məktəbə yerləşdirilən Bayıl köçkünlərinin çoxu geri qayıdıb

Məktəbə yerləşdirilən Bayıl köçkünlərinin çoxu geri qayıdıb

Tarix: 2-02-2018, 19:09 Bölmə :Cəmiyyət Baxış: 415
Məktəbə yerləşdirilən Bayıl köçkünlərinin çoxu geri qayıdıb


Bayıl yamacında, Televiziya Qülləsinin cənub-şərq hissəsində davam etməkdə olan sürüşmə ilə əlaqədar evlərindən evakuasiya olunmuş və orta məktəb binasında yerləşdirlmiş sakinlərin böyük əksəriyyəti geri qayıdıb. Onlardan cəmi bir neçəsi 163 saylı orta məktəbdə yaradılan müvəqqəti sığınacaqda qalır.

gundemxeber.az bildirir ki, virtualaz.org sürüşmə ilə əlaqəli orta məktəbdə müvəqqəti məskunlaşmış ailələrin güzəranı, məişəti ilə tanış olmaq istəyib. Çünki sakinlərin məktəbdə yerləşdirilməsi məktəblilərin qış tətili günlərinin başlanmasına təsadüf etmişdi. İndi isə dərslər başlayıb və məktəblilərin əhatəsində bu ailələrin necə yaşadığı maraqlı görünə bilərdi. Lakin məlum olub ki, məktəbdə məskunlaşanların yanına jurnalistlərin buraxılmasına Səbail Rayon İcra Hakimiyyəti tərəfindən qəti qadağa qoyulub.

Xəbər verdiyimiz kimi, sürüşmə zonasında uçma təhlükəsi qarşısında olan 67 ev müəyyən olunub və orada yaşayan 390 sakinin köçürülməsilə bağlı qərar verilib. Köçürülənlərin əksəriyyətinin qohum və tanışlarının evlərində, 42 nəfərin isə Bayıl qəsəbəsindəki 163 saylı orta məktəbdə yaradılan müvəqqəti sığınacaqda məskunlaşdığı açıqlanmışdı.

Qarovulçu: “Mənə tapşırılıb ki, içəri heç kimi buraxma”

Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsi, 86 ünvanda yerləşən 163 saylı məktəbin qarşısında qələbəlik idi. Uşaqlarını məktəbdən götürməyə gələn valideyinlər, dərsdən çıxan uşaqlar, səs-küy...

Qarovulçuya yaxınlaşdıq və məktəbdə müvəqqəti məskunlaşmış ailələrin güzəranı ilə maraqlandığımızı dedik. Amma Tənzilə adlı qarovulçu köçürülmə ilə əlaqədar məktəbə sığınan sakinlərin yanına heç kimin buraxılmadığını dedi.

Bəs sakinlərdən kimisə çölə çağırmaq olarmı? Qarovulçu bu xahişimizə kobud və sərt tonda cavab verdi: “Yox, mümkün deyil. Çıxın gedin. Mənə tapşırıq verilib ki, bura köçürülən sakinlərin yanına heç kimi buraxmayım. Mən də buraxmıram. Sakinlərdən heç kimi də çağıra bilmərəm. Nə istəyirsiniz, edin, necə istəyirsiniz, yazın”.

Qarovulçudan heç olmasa məktəb rəhbərliyi ilə danışmağa şərait yaratmağı xahiş etdik. Uzun çənə-boğazdan sonra qadın içəri keçdi. Və əlində telefon nömrəsi yazılmış kağız parçası ilə qayıtdı: “Bu nömrə ilə əlaqə saxlayın, nə istəyirsiz ondan soruşun. Biz heç nə bilmirik”.

“Bura lap həbsxanaya dönüb...”

Uşaqlarının dərsdən çıxmasını gözləyən valideynlərlə söhbətləşirik. Onlar deyirlər ki, son bir neçə gündür məktəbə giriş-çıxışa xüsusi nəzarət olunur, hətta içəri keçən valideyinlərin adları qeydiyyata alınır.

“Məktəbdir, burada həmişə ciddi nəzarət olub, amma sürüşməyə görə sakinləri köçürəndən məktəb lap həbsxanaya dönüb. Qapıçı da çox qəddar adamdır, uşaqlarla da elə davranır. Son bir neçə gündə isə şagirdlərdən başqa içəri girib çıxan hər kəsi siyahıya alır”, - adını söyləmək istəməyən valideyn bildirdi.

Səbail rayon İcra Hakimiyyətinin işçisi: “Heç bir çəkilişə ehtiyac yoxdur”

Qarovulçu qadının verdiyi telefon nömrəsinə - Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimova zəng etdik. O, məktəbdə məskunlaşan sakinlərə baş çəkmək istədiyimizi eşidən kimi qəti şəkildə bildirdi: “Nə çəkmək istəyirsiniz? Sakinlər üçün məktəbdə hər cür şərait yaradılıb, isti yemək veririk. Onlar çəkiliş-filan istəmirlər...”

Əgər köçürülənlər üçün məktəbdə şərait yaradılıbsa İcra Hakimiyyətinin məmuru niyə onların jurnalistlərlə təmasına qadağa qoyur?

“Sakinlər hələlik məktəbdə məskunlaşıblar, bir azdan kirayəyə köçürüləcəklər. Orada hələ ki, heç bir çəkilişə ehtiyac yoxdur. Çəkiliş lazım olanda biz özümüz deyəcəyik”-məmur deyir.

Yaxınlıqda yaşayan sakinlərdən öyrəndik ki, köçürülən sakinlər üçün məktəbin üçüncü mərtəbəsində 5 sinif otağı ayrılıb. İçəridə nə qədər sakinin yaşadığını isə heç kim bilmir: “Onları elə qapalı saxlayırlar ki, içəridə nə qədər ailənin qaldığını heç kim bilmir. Təzə gələndə eşitdim ki, 5 sinif otağı ayırıblar. Elə bil hamıya tapşırıblar ki, heç kimlə danışmasınlar. Biz hər gün burada oluruq, demək olar ki, binadan çıxmırlar. Hərdən mağazadan nəsə alıb tez də qayıdırlar. Kənar şəxsləri ümumiyyətlə binaya buraxan yoxdur. Kiminsə qohumu gələndə qapıçı həmin şəxsi bayıra çağırır, elə küçədə söhbət edirlər”, - deyə qonşuluqda yaşayan qadın deyir.

Köçürülənlərin əksəriyyəti öz evlərinə qayıdıb

Evi qəzalı vəziyyətdə olan sakinlərdən Zahid Aslanov isə virtualaz.org-a açıqlamasında məktəbə təhlükəli zonadan demək olar ki, heç kimin köçürülmədiyini dedi. Onun sözlərinə görə, sürüşmə baş verən gün camaatı məktəbələrə toplasalar da, əksəriyyəti artıq evlərinə qayıdıb.

“Bizim məhəlləmizdən məktəbdə bir nəfər də yoxdur. Ola bilər qocalar, xəstələr məcbur olub qalırlar, amma gündüz onlar da evlərinə qayıdır. Biz hamımız öz evimizdəyik, ailə-uşaqla məktəbə necə yerləşək? Kimin qohumlarında getməyə yer var, ora gedir, özümüz də burada qarovul çəkirik”, - Bayıl sakini bildirir.

Sakin əlavə edir ki, hazıra sürüşmə zonasındakı evlərin sakinlərinin demək olar hamısı evlərindədir. Uzaqbaşı uçmaq təhlükəsi daha çox olan evlərdən qadın və uşaqları axşamlar qohumlarının, yaxınlarının evlərinə göndərirlər, kişilər isə gecəni evlərdə keçirir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Teleqüllə yaxınlığında yaşayan sakinlərin köçürülməsinə başlanıldı - YENİLƏNİB

    Teleqüllə yaxınlığında yaşayan sakinlərin ...

    24-01-2018, 20:56

  • 
  • Bayılda sürüşmə zonasından 390 nəfər köçürülüb

    Bayılda sürüşmə zonasından 390 nəfər köçürülüb ...

    25-01-2018, 23:36

  • 
  • Sürüşmə ilə əlaqədar köçürülən sakinlərə vəsait ayrıldı — EKSKLÜZİV

    Sürüşmə ilə əlaqədar köçürülən sakinlərə vəsait ...

    25-01-2018, 23:38

  • 
  • Nazirlik: Teleqüllənin yerinin dəyişdirilməsi ehtimalı yoxdur

    Nazirlik: Teleqüllənin yerinin dəyişdirilməsi ...

    30-01-2018, 16:40

  • 
  • Bakıda orta məktəbdə müəllim biabırçı şəkildə döyüldü - ŞOK OLAY

    Bakıda orta məktəbdə müəllim biabırçı şəkildə ...

    1-03-2016, 18:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu