GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Suda, quruda və səmada... - işğalçıdan üstünlüyümüz faktların dilində

Suda, quruda və səmada... - işğalçıdan üstünlüyümüz faktların dilində

Tarix: 3-02-2018, 11:30 Bölmə :Cəmiyyət Baxış: 340
Suda, quruda və səmada... - işğalçıdan üstünlüyümüz faktların dilində

Rusiyalı hərbi analitik Azərbaycanın regionda aparıcı rolundan danışdı; “Bakı PUA-lar üzrə də bölgədə liderdir”; erməni politoloq: “Dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, biz isə...”

Azərbaycan özünün iqtisadi və hərbi qüdrətini ilbəil artırmaqdadır. Həmçinin, ölkəmizin həlledici rol aldığı və işğalçı Ermənistandan yan keçən böyük nəqliyyat və enerji layihələri uğurla həyata keçirilməkdədir. 2016-cı ilin aprelindəki “4 günlük müharibə” isə Azərbaycanın işğalçı Ermənistan üzərində hərbi üstünlüyünü real şəkildə ortaya qoydu. Xüsusən də havada (aviasiya) üstünlüyümüz etiraf edildi və öz sözünü dedi.

Söhbət həm də İsraillə hərbi əməkdaşlıq nəticəsində ordumuzun arsenalındakı yüksək dəqiqlikli Pilotsuz Uçan Aparatlardan (PUA - kamikadze dronlar) gedir - hansı aparatlar ki, aprel döyüşlərindən sonra düşmənin az qala qorxulu röyasına çevrilib. Artıq Azərbaycan özü belə PUA-ların birgə istehsalını (“Zərbə”) qura bilib. Bir çox hərbi ekspertlərə görə, Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı PUA-lardan heç Rusiyada da yoxdur. Bakı habelə Hərbi Dəniz Donanmasının inkişafına da yetərincə diqqət ayırır. Çünki bu, həm də Xəzər hövzəsində təhlükəsizlik məsələsidir.

*****

Bu və digər səbəblərdən işğalçı ölkə neçə vaxtdır hərbi balansı bərpa eləmək, o sırada kamikadze-dronlara qarşı effektli əks-tədbirlər haqda səylər göstərir. Məsələn, məlumatlara görə, İrəvan PUA-alara qarşı istifadəsi mümkün olan “Pantsir” zenit-raket sistemlərinin alınmasını ümidlə gözləyir. Lakin bu da çətin ki, çıxış yolu ola. Ən azı ona görə ki, Azərbaycan yerində saymır, öz silah arsenalını daha da mükəmməlləşdirir. Bunu rusiyalı hərbi ekspertlər də təsdiqləyir.

Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, pilotsuz aviasiya sahəsi üzrə rusiyalı aparıcı ekspert Denis Fetudinov Haqqin.az-a açıqlamasında Azərbaycanın bu göstərici üzrə də regionda lider olduğunu söyləyib.

“Azərbaycan son illər ərzində milli silahlı qüvvələri ən müasir pilotsuz uçan aparatlarla təmin eləmək üçün fəal işlər aparıb. Onlardan bəziləri İsraildən alınıb, bəzilərinin birgə istehsalı (yığım) isə ölkə daxilində təşkil olunub. Ermənistana gəlincə, bu ölkə öz ərazisindəki Rusiya hərbi kontingentinə məxsus pilotsuz kəşfiyyat vasitələrindən istifadə edir. Eyni zamanda daha modern PUA-lar əldə eləmək yönündə çalışır” - rusiyalı analitik bildirib.

*****

Lakin blokada rejiminin səbəb olduğu maliyyə-iqtisadi resurslarının kasadlığı işğalçı ölkənin bu yöndə də ciddi uğurlar əldə eləməsinə ən böyük əngəldir. “Yeni Müsavat” xəbər verir ki, bu xüsusda erməni politoloq Areq Qalstyan intersectionprojec.eu. nəşrindəki məqaləsində bildirir ki, ümumiyyətlə, son iki ildə Ermənistan daxili və xarici təhdidlər silsiləsi ilə üzləşib.

“Erməni tərəfi lap əvvəldən Rusiyanın dominant olduğu inteqrasiya layihələri - Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakına rəsmi Moskva ilə əlavə qarşılıqlı münasibətlər formatı kimi baxıb. Olduğumuz coğrafiya bizə Avrasiya strukturlarının yerdə qalan üzvləri ilə ortaq sərhədə malik olmaq şansı verməyib. Ona görə də ciddi iqtisadi qazanclardan danışmağa dəymir. Əksinə, İrəvan böyük zərərə məruz qalmaqdadır. Abxaziya vasitəsilə Rusiya ilə dəmiryolu əlaqəsinin bərpası məsələsi də yeşiyin uzaq küncünə atılıb, unudulub - böyük Rusiya sərmayəsinin gələcəyinə ümidlərlə nəzərdə tutulan iri miqyaslı layihələr və islahatlar kimi”, - deyə o qeyd edib.

Erməni ekspert hesab edir ki, əskinə, Moskva son illər Ermənistana birbaşa sərmayələrin kəskin azaldıb: “Bu gün Ermənistana birbaşa Rusiya xarici investisiyasının həcmi 3,45 milyard dollar olmaqla Rusiyanın digər postsovet ölkələrinə yatırdığı investisiya ilə müqayisədə 5-ci yerdədir və böyük ölçüdə Qazaxıstana (11.6 milyard), Belarusa (10.58) Ukraynaya (5.96) və Özbəkistana (5.35) uduzur. Ermənistanın Avrasiya Birliyi üzrə tərəfdaşları - Belarus və Qazaxıstan da Rusiya sərmayələrindən asılıdır. Qazaxıstan isə daha çox Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari əlaqələri gücləndirməyə kurs götürüb”.

İqtisadi müstəqilliyin siyasi müstəqilliyə gətirdiyinə əmin olan erməni politoloq ardınca yazır: “Rəsmi Bakı dəqiq və ardıcıl siyasi mövqe sərgiləyir (dünya Azərbaycanın ərazi bütövlüyün tanıyır). Bu mövqeyi Rusiyanın, Qazaxıstanın, Belarusun geniş ictimai-siyasi mühitinə bütün mümkün üsul və vasitələrə çatdırır. İqtisadi perspektivlərin olmadığı vəziyyətdə isə təhlükəsizlik çətiri ilə bağlı illüziyalar əriməyə başlayır. Beləcə, İrəvan dəyişən hər şeyi hesaba almaqla, mürəkkəb xarici siyasət düsturlarını həll eləmək qorunda qalıb”.


Müəllif Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar zamanı Rusiyanın erməni tərəfinə hərbi köməyinin də sual altında olduğunu bildirir: “Qarabağda vəziyyətin ciddi şəkildə qızışacağı halda Rusiyanın köməyinə bel bağlamaq qəliz məsələdir. Əgər Moskva KTMT bayrağı altında Ermənistan tərəfdə hansısa konfliktə qoşulsa, o zaman bu, heç olmasa, digər üzv ölkələrin formal razılığı ilə olmalıdır. Əks halda, təşkilatın gözdən düşmə riski ilə yanaşı, Rusiyanın digər üzv ölkələrlə münasibətlərində böhran yaşana bilər. Ermənistan üçün Avrasiya İqtisadi Birliyində üzvlük müstəsna olaraq, Rusiya ilə hərbi-texniki əlaqələri möhkəmlətmək nöqteyi-nəzərdən önəmlidir. Üst-milli blok daxilindən qaynaqlanan istənilən böhran isə ikitərəfli qarşılıqlı əlaqələrdə özünü bilavasitə göstərəcək”.

*****

Göründüyü kimi, erməni ekspert də Azərbaycanın üstünlüyünü etiraf edir. Suda, quruda və səmada aşkar üstünlüyə malik Azərbaycanın bu üstünlüyü Qarabağ məsələsinin ədalətli həllinə yönəltməsi üçün isə qalır məqbul siyasi şərtlərin yetişməsi. Ermənistanı işğalçılıq siyasətinə görə haqq elədiyi cəzadan xilas edən də hələlik budur. Hələlik.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir: "Düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv edəcək PUA-lar sınaqdan keçirilib"

    Nazir: "Düşmənin canlı qüvvəsi və hərbi ...

    17-12-2017, 17:20

  • 
  • Ermənilərə məxsus PUA məhv edildi

    Ermənilərə məxsus PUA məhv edildi ...

    27-11-2016, 20:57

  • 
  • Erməni silahının vurulma anı (VİDEO)

    Erməni silahının vurulma anı (VİDEO) ...

    30-01-2015, 00:09

  • 
  • İrəvanın xain planı puç oldu - Bakı yeni silahlar alır

    İrəvanın xain planı puç oldu - Bakı yeni silahlar ...

    26-08-2017, 10:00

  • 
  • İsrail HƏMAS-ın PUA-sını vurdu

    İsrail HƏMAS-ın PUA-sını vurdu ...

    24-02-2017, 11:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu