Dağıstanda ötən həftə həbs olunan keçmiş təhsil naziri, nüfuzlu çarodin klanının rəhbəri Şahabbas Şahovun dəbdəbəli malikanəsinin görüntüləri yayılıb.Keçmiş nazirin malikanəsini dəbdəbəli çilçıraqlar və xalçalar bəzəyir, ərazisində isə iki hovuzu var.
Nazirin malikanəsinin fotolarını “Komsomolskaya Pravda” dərc edib. Evin içərisi lap şah saraylarına oxşayır. Klassik dizaynı mərmər sütunlar tamamlayır, interyeri heykəllər, vəhşi heyvanların dərləri, ekstravaqant üslubda royal, rəsm əsərləri və qızılı korpuslu dəbdəbəli mebellər bəzəyir. Şahabbas Şahov Dağıstanda Moskvadan göndərilmiş xüsusi istintaq komissiyası tərəfindn həyata keçirilən antikurrupsiya “təmizləmələrində” həbs olunub. O, Kaspiyskdə məktəb tikintisi zamanı külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur. Moskva müstəntiqləri məmurun azı 100 milyon rubl mənimsədiyini ehtimal edir./virtualaz.org
Sorğu
Yeni dizaynımız necədir?