GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cahangir Hacıyevin bacısı İlham Əliyevə müraciət etdi

Cahangir Hacıyevin bacısı İlham Əliyevə müraciət etdi

Tarix: 14-02-2018, 12:56 Bölmə :Cəmiyyət Baxış: 477
Cahangir Hacıyevin bacısı İlham Əliyevə müraciət etdi


"Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilən, hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan qardaşım Cahangir Hacıyev davamlı olaraq qeyri-insani rəftara məruz qalır".

Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva prezident İlham Əliyevə müraciətində belə yazıb.

Hacıyeva bir həftə əvvəl ölkə başçısına müraciət göndərib, ancaq məktubunun prezidentə çatıb-çatmadığına əmin olmadığından mətbuat vasitəsi ilə də müraciət etmək məcburiyyətində qalıb.

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir 15 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

C.Hacıyev özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

Ötən ilin sonlarından vəkilləri və yaxınları onun hüquqi və tibbi yardımdan məhrum olunmasından şikayət edirlər. Onların bununla bağlı məhkəməyə şikayəti də olub. Ancaq həmin şikayət əsaslı hesab edilməyib.

Cahangir Hacıyevin bacısı qeyd edir ki, ötən ilin sentyabrından başlayaraq ailə üzvlərinə, eləcə də ona qardaşı ilə görüşməsinə imkan verilmir.

"Hətta vəkilləri də onunla görüşməkdən məhrum edilib, vəkillər işdən kənarlaşdırılır və cəzalandırılır. Sağlamlıq vəziyyəti çox pisdir, Hoşimoto sindromu, hipertoniya xəstəliklərindən əziyyət çəkir, müalicə olmaq imkanlarından məhrum edildiyindən sonra xəstəlikləri kəskinləşir", bacısı prezidentə yazır.

Əminə Hacıyeva qeyd edir ki, C.Hacıyevin külli miqdarda vəsaitin mənimsəməsi ittihamları məhkəmədə öz təsdiqini tapmayıb.

"Lakin buna baxmayaraq mətbuatda onun haqqında ittihamedici materiallar dərc edilməkdədir, onun isə bu ittihamlara cavab vermək hüquqları əlindən alınıb, ötən ilin sentyabır ayında mətbuatda əsassız, təhqiramiz yazıya cavab verdikdən sonra o, bəhanə ilə karsa (cərimə kamerasına) salınıb, bundan sonra ona qarşı təzyiqlər daha da kəskinləşib".

Bacısı Cahangir Hacıyevin dövlətə, ölkə başçısına sadiq şəxs olduğunu, bank sektorunun inkişafında quruculuq işlərində zəhmətinin az olmamasını da qeyd edib.

O, ölkə başçısından xahiş edib ki, Cahangir Hacıyevə qarşı davam edən qeyri-insani rəftarın qarşısının alınmasında yardımçı olsun.

Rəsmi qurumlar hələ Əminə Hacıyevanın müraciətinə münasibət bildirməyib. Bununla yanaşı Penitensiar Xidmət bir qayda olaraq məhbusların qanunvericiliyə uyğun saxlanıldığını, onlara qarşı hər hansı qeyri-insani rəftar olmadığını bildirir.

Öz növbəsində, Cahangir Hacıyevin vəkilləri hüquqlarını müdafiə etdiyi şəxslə görüşlərinə icazə verilmədiyi barədə bəyanatlarla çıxış edib. Bu il yanvarın 22-də Hacıyevin vəkili Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinə bir illik xitam verilib.

Fəxrəddin Mehdiyev "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin mətbuatda dərc olunmuş müsahibəsinə görə cəzalandırıldığını bildirib.

Yerli saytlarda dərc edilən müsahibədə Cahangir Hacıyev hökumətin banklara və sahibkarlığa qarşı siyasətini kəskin tənqid edib, xüsusən maliyyə naziri Samir Şərifovun ünvanına kəskin ifadələr işlədib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti Cahangir Hacıyevin digər vəkili Aqil Layıcova isə töhmət verib.|amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cahangir Hacıyevin BACISINDAN AÇIQLAMA

    Cahangir Hacıyevin BACISINDAN AÇIQLAMA ...

    3-10-2017, 17:46

  • 
  • Cahangir Hacıyevin arvadı məhkəməyə gəlməyəcək

    Cahangir Hacıyevin arvadı məhkəməyə gəlməyəcək ...

    13-08-2016, 10:39

  • 
  • "Beynəlxalq Bank işi" məhkəməsi təxirə salınıb

    "Beynəlxalq Bank işi" məhkəməsi təxirə ...

    14-09-2016, 13:39

  • 
  • Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma həbs edilməyib

    Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma ...

    19-10-2015, 17:15

  • 
  • Cahangir Hacıyevin cərimə təcridxanasına salınmasının səbəbi açıqlandı

    Cahangir Hacıyevin cərimə təcridxanasına ...

    4-10-2017, 19:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu