Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət etmişik. Onlarla bağlı bizim tərəfimizdən iş gedir.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
Onun sözlərinə görə, bütün bu işlər Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətindədir: "Bu istiqamətdə işlər davam etdirilir".
İ.Axundov qeyd edib ki, Azərbaycanda saxlanılan erməni diversantın D.Əsgərov və Ş.Quliyevlə dəyişdirilməsi məsələsinə baxıla bilər.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.|report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?