GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət güzəştə gedə bilər

Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət güzəştə gedə bilər

Tarix: 12-03-2018, 12:55 Bölmə :Cəmiyyət Baxış: 340
Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət güzəştə gedə bilər


Optimal həll düsturu: zərərdən hər dollara görə 30 qəpik vətəndaş, 30 qəpik dövlət banka versin, 30 qəpiyi isə bank bağışlasın...

“Əhali və banklar üzərində böyük yükə çevirilmiş problemli kreditlər məsələsinin həll olunacağına ümidlər artıb”. Bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov səsləndirib.

Deputat 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən danışarkən bildirib ki, ölkə prezidenti tərəfindən daxil olan təklif Milli Məclisdə qəbul olundu və sığorta amnistiyasına gedildi. Amnistiyaya əsasən, 382 milyon manat borc faktiki olaraq silindi".

V.Əhmədovun sözlərinə görə, ölkə başçısının bu humanist addımlarının davamı kimi problemli kreditlərlə bağlı da qərar verilməlidir: “Çünki 2015-ci ilin devalvasiyalarından sonra əhali kommersiya banklarından dollarla götürdüyü kreditləri geri qaytarmaqda çətinlik çəkir, əksəriyyət isə qaytara bilmir”.

Deputat deyib ki, hazırkı iqtisadi vəziyyət problemli kreditlərin həll edilməsinə imkan verir: “Devalvasiyadan sonra yaranmış iqtisadi gərginlik səngiyib, aktivlik artıb, manatın məzənnəsi sabitləşib. Deməli, poblemli kreditlər məsələsinə baxmaq olar. Biz də ona görə həm parlementdə çıxışlar zamanı, həm də mətbuat vasitəsilə məsələyə baxması üçün cənab prezidentdən xahiş etdik. Həmkarım Əli Məsimli ilə birlikdə hazırladığımız 14 səhifəlik təkliflər paketinə də hələlik baxılmayıb. Sığorta aminstiyasının davamı olaraq, dollarla götürülən kreditlərə baxılmalıdır. Ümid edirik bu məsələ də müsbət nəticələnəcək”.

V.Əhmədovun sözlərinə görə, bank sistemini sağlamlaşdırılmasının əsas yollarından biri də vaxtı keçmiş kreditlərin geri qaytarılmasıdır: “Bu məsələlər həll edilməlidir ki, banklar sıfırdan başlasın. Zərərlə işləyən, kapital çatışmazlığı, likvidlik problemləri olan banklar çoxdur. Bütün bunları nəzərə alaraq, məsələlərə baxılacağına böyük ümid bəsləyirik. Bu gün məhkəmələrdə baxılan işlərin çoxu problemli kreditlərlə bağlıdır. Minlərlə yox, on minlərlə məhkəmə çəkişməsi var. İnsanlar krediti ödəyə bilmədiklərinə görə məhkəmələrə cəlb olunur. Bizim özümüzə yüzlərlə belə müraciət daxil olur”.

Bu il fevralın 1-nə olan məlumata görə, vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 695,9 milyon manatdır. Bəs görəsən, problemli kreditlər məsələsinin həlli mexanizmi necə olacaq? Söhbət borcların tam olaraq dövlət tərəfindən bağışlanmasından, yoxsa zərərin tərəflər arasında bölüşdürülməsindən gedir? Hazırkı dövrdə dövlətin bunun üçün kifayət qədər imkanları varmı?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov deputatların təkliflərini müsbət qiymətləndirdi: “Bu, çox yaxşı təklifdir, vaxtında səsləndirilmiş bir fikirdir. Çünki həm qarşıdan gələn Novruz bayramı, həm Cümhuriyyətin 100 illiyi ərəfəsindən belə bir addım atıla bilər. Eləcə də prezident seçkisi ərəfəsidir və ölkə tarixində yeni bir mərhələ, yeni bir siyasət başlayır. O baxımdan problemli kreditlərin bağışlanması yaxşı bir hadisə olardı. Bu həm əhali, həm sahibkarlar, həm də bank sistemi üçün müsbət rol oyana bilərdi. Lakin burada əsas məsələ, söhbətin hansı məbləğdən getdiyi, amnistiyanın kimlərə şamil ediləcəyi və mexanizmin necə olacağıdır.

Əgər dövlətin sosial sığorta borclarının bağışlanmasından söhbət gedirsə, bu zaman həmin vəsait dövlətə çatmayacaq. Ancaq vətəndaşların banklar qarşısındakı borclarından söhbət gedirsə və dövlət onu bağışlayırsa, deməli, həmin vəsaitləri banklara özü verməlidir. Bu pul dövlətdən çıxmalıdır. O baxımdan ciddi hesablama aparılmalıdır ki, belə bir qərar verilsə, dövlət büdcəsindən nə qədər pul çıxacaq, dövlətin bu qədər pulu varmı? Aydın məsələdir ki, dövlət bütün borcları ödəyəsi deyil. Bu, heç doğru bir addım da olmazdı. Çünki bir vətəndaş olaraq mənim heç bir banka borcun yoxdur, vergi ödəyirəm. Nəyə görə mənim və digər vətəndaşların vergiləri hesabına formalaşan dövlət büdcəsindən kiminsə borcları bağışlanmalıdır. Ən azından mən onun mexanizmini bilmək istərdim".

Ekspertin sözlərinə görə, hazırda dövlətin bütün borcları bağışlayacaq qədər pulu da yoxdur: “Nəzərə alsaq ki, söhbət əsasən dollar borclarından gedir, hesab edirəm ki, burada sahibkarlara güzəşt edilməli deyil. Hazırda sahibkarlara, hüquqi şəxslərə borclarını qaytarmadıqları üçün heç kim heç nə etmir. Ancaq, əlbəttə, kreditin təyinatı üzrə istifadə edilməməsi və sair məsələlərdə cinayətlər olubsa, onsuz da qanunvericilik həmin sahibkarları cinayət məsuliyyətinə cəlb etməyə imkan verir. Problemli kreditlərin bağışlanması və ya güzəştlərin tətbiq edilməsi məhz əhalinin xarici valyutada olan borclarına aid olmalıdır. Yaranmış məzənnə fərqinin 3 tərəf arasında bərabər bölüşdürülməsini bir çox ekspertlər təklif edib və mən də o təkliflə razıyam. Əksər borclular dollar kreditini 0.78 məzənnəsi ilə götürüblər, bu gün isə dollar 1.70 manatdır. Deməli fərq 92 qəpikdir, yuvarlaq desək 90 qəpik. Bu 90 qəpiyi 3 bərabər hissəyə bölmək olar. Yaranmış zərərdən hər dollara görə 30 qəpiyini vətəndaş verməlidir, 30 qəpiyini dövlət banka kompensasiya etməlidir. Yerdə qalan 30 qəpiyini isə bank öz üzərinə götürməlidir və bağışlamalıdır. Ancaq aydındır ki, dövlət bunu bankdan tələb edə bilməz, yalnız tövsiyə edə bilər. Ancaq mən güman edirəm ki, cənab prezident belə bir tövsiyə versə, heç bir bank buna qarşı çıxmaz, əməl edər”.

Ə.Həsənovun sözlərinə görə, dövlət o halda vətəndaşın borcunun bir hissəsini ödəyə bilər ki, borclu təklif olunan məzənnə ilə kreditini bağlamış olsun: “Sadəcə, bir nüans hesablanmalıdır ki, bu güzəşt hansı həddədək olan borclara şamil edilməlidir? Bəziləri bu rəqəmin 10 min, bəziləri 20-30 min dollar olmasını təklif edir. Bununla bağlı dövlət qərar qəbul etməlidir ki, hansı həddədək borclara bu cür güzəştlər tətbiq etməyə gücü çatacaq. Bunu biz ekspertlər deyə bilmərik. Burada önəmli bir məqam da var. Dövlət o halda borcu kompensasiya edə bilər ki, vətəndaş borcu tam bağlamış olsun. Məsələn, vətəndaş krediti 0.78 məzənnəsi ilə götürmüşdü, indi təklif edirlər ki, gəl həmin borcu 1.10 manatdan bu borcu bağla. O borcu hissə-hissə aylara bölürlər, vətəndaş borcu tam ödədikdən sonra dövlət qalan 30 qəpiyi kompensasiya etməlidir. Bu şərt çox vacibdir. Çünki biz bilirik ki, əhalidə xeyli kreditlər var ki, onlar faktiki olaraq batıb. Onların qaytarılması ümidsizdir. Çünki həmin vətəndaşlar hətta dolları 50 qəpikdən də ödəməyə qadir deyillər. Belə olan halda onların borcları tam silinməlidir. Bunun üçün prezident fərmanına da ehtiyac yoxdur. Bugünkü qanun da bunu deyir ki, ödəyə bilməyən vətəndaşların borcu silinməlidir. Bundan daha çox banklar udur. Onlar faktiki ümidsiz olan kreditlərin bir hissəsini faktiki olaraq qaytarmış olurlar. Halbuki o cür kreditlərin verilməsinə görə banklar özü də məsuliyyət daşıyır. O baxımdan belə bir sərəncam verilsə, yaxşı olar. Dəqiq məbləğ müəyyən edilməlidir ki, hansı həddə qədər olan kreditlərə güzəştlər şamil olunacaq. Vətəndaş güzəştli məzənnə ilə borcu tam bağladıqdan sonra dövlət öz üzərinə düşən hissəni banka ödəməlidir. Bank da öz növbəsində payına düşən hissəni vətəndaşa bağışlamalıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ödənilməmiş borclar silinəcək — Qanun qəbul edildi

    Ödənilməmiş borclar silinəcək — Qanun qəbul edildi ...

    6-03-2018, 13:34

  • 
  • Prezident bu borcları silir - MM-ə göndərildi

    Prezident bu borcları silir - MM-ə göndərildi ...

    20-02-2018, 11:01

  • 
  • Problemli kreditlərlə bağlı şok açıqlama

    Problemli kreditlərlə bağlı şok açıqlama ...

    14-05-2015, 13:58

  • 
  • "Problemli kreditlərlə bağlı banklarla müzakirələr başlayib"

    "Problemli kreditlərlə bağlı banklarla ...

    30-05-2017, 11:20

  • 
  • Azərbaycanda problemli kreditlər – 1 milyard

    Azərbaycanda problemli kreditlər – 1 milyard ...

    4-11-2014, 12:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu