Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Afrində apardığı “Zeytun budağı” əməliyyatı zamanı bir türk əsgəri şəhid olub.
Bu barədə TSQ məlumat yayıb.
“13 mart 2018-ci il tarixində əməliyyat icrası zamanı qəhrəman əsgərimiz şəhid olub. Şəhidimizə Allahdan rəhmət diləyirik, ailə və yaxınlarına isə başsağlığı veririk, səbr arzu edirik”, - deyə bildirilib.
***
Afrində şəhid olan türk çavuşu Orxan Sürmənin Quranı götürdüyü zaman öldüyü ortaya çıxıb.
Afrində mövqelərini itirən terrorçular buranı tərk edərkən Quran kitabına partlayıcı quraşdırıblar. Azad edilmiş kəndi minadan təmizləyən qrupda olan çavuş yerə atılmış Quranı götürmək istədiyi zaman partlayış olub. Orxan Sürmən partlayış nəticəsində həyatını itirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?