Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Uşaq dünyaya gələn zaman ölüb. Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bu, A. Dadaşovanın ilk hamiləliyi olub.
Sorğu
Yeni dizaynımız necədir?