Real TV 15 mart tarixindən tam yayıma başlayacaq.Sınaq testləri uğurla həyata keçirilib və komanda işə tam hazırdır. Bu səbəbdən sabahdan etibarən kanal yayıma başlayır.
Məlumata görə, Real TV xəbər-informasiya kanalı olacaq və fəaliyyəti dayandırılmış ANS kanalının “İç xəbər” verilişi formatında çalışacaq. Peşəkarların işinin yüksək səviyyədə qurulması üçün kanalda çalışacaq əməkdaşların əməkhaqqlarının da kifayət qədər olduğu bildirilir. Bununla bərabər, yeni kanalda iş rejimi də olduqca ağırdır. Kanal rəhbərliyinin efir məkanına sürətlə daxil olmaq və liderə çevrilmək üçün “gecə-gündüz işləmək” prinsipini əsas götürdüyü iddia edilir. Qeyd edək ki, kanalın rəhbəri tanınmış telejurnalist Mirşahin Ağayevdir./xar.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?