GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Kəramət Böyükçöl, Elşad Barat, Del Gerani şəxsiyyətləri niyə təhqir edir? - Gündəm

Kəramət Böyükçöl, Elşad Barat, Del Gerani şəxsiyyətləri niyə təhqir edir? - Gündəm

Tarix: 16-03-2018, 15:56 Bölmə :Cəmiyyət Baxış: 970
Kəramət Böyükçöl, Elşad Barat, Del Gerani şəxsiyyətləri niyə təhqir edir? - Gündəm


Azərbaycanda dəyərlərin aşağılanması, xalqın ziyalılarının, klassiklərinin təhqir olunması tendensiya halını almaqdadır

Kəramət Böyükçöl adlı müxbirin Xəlil Rza Ulutürkü, Şəhriyar Del Gerani adlı şeir yazanın ayrı-ayrı adamları aşağılaması qınaqla qarşılanmışdı.

İndisə Elşad Barat adlı özünə şair deyən biri feysbukda “zühur” edib. O, nakam şairimiz Mikayıl Müşfiq barəsində ağzına gələni yazıb.

Neçə gündür Mikayıl Müşviqi oxuyuram. Çox mənasız adam olub. Tam səmimi deyirəm. Bunu öz “Facebook” statusunda Elşad Barat adlı gənc şair yazıb.

E. Barat iddia edib ki, onun (yəni, Mikayıl Müşfiqin - red.) bu qədər tanınmağı, böyük şair kimi hörmətə sahib olması təsadüfdür.

“Tam onun öldüyü yaşdayam. Mənim bu yaşda düşündüklərim bəllidir. O isə çox qıjı düşüncənin adamı olub.

Düşüncəsi 15 yaşlı qaqaş düşüncəsindən aşağıymış. Mənə elə gəlir, onun bütün şeirləri mənim bir şeirimə dəyməz. Sadəcə, o, nakam ölüb deyə, camaatın ona yazığı gəlir”.

Qeyd edək ki, statusun yazılmasından ötən bir neçə saat ərzində yüzlərlə insan həmin statusa şərh yazaraq, E. Baratı kəskin şəkildə tənqid edib, etirazını bildirib.

Eyni zamanda, onlarla insan bu statusa etiraz əlaməti olaraq, öz statuslarında E. Baratı boykot etməyə çağırıblar.

Tanınmış ziyalı, yazıçı-dramaturq Firuz Mustafa isə E. Baratı ilk öncə Mikayıl Müşfiqin soyadını düzgün yazmağı öyrənib, sonra onun haqqında fikir bildirməyə çağırıb:

“Ə…əvvəla, dahi şairin adını düzgün yazın. “Müşviq” yox, Müşfiq, yəni şəfəq. İkincisi də, ölənlərin ruhuna toxunmayın”.

gundemxeber.az fia.az-a istinadən xəbər verir ki, AYB-nin mətbuat xidmətinin, həmçinin "Müşfiq Komissiyası”nın rəhbəri Xəyal Rzanın fikirlərini açıqlayıb. Xəyal Rza bu cür "yazar"ların ancaq sosial şəbəkələrdə səslərinin çıxdığını bildirib:

“Yazıçılar, şairlər azad insanlardır. Biz kiməsə əxlaq dərsi keçə bilmərik. Bu həm də əxlaqi məsələdir.

Kimsə daxilindəki qara fikirləri "qusur"sa, AYB bununla bağlı nə edə bilər? AYB ictimai təşkilatdır. Biz kimlərinsə daxili fikirlərinə qarşı çıxa bilmərik.

Lakin Azərbaycanın dəyərlərinə toxunulması hallarında nə AYB, nə də ki, ictimaiyyət bu cür hadisələrin qarşısında susa bilməz. Ən azı həmin şəxs ictimai qınaqla cəzalandırılmalıdır.

Cəmiyyət bu cür məsələlərdə aktiv olmalıdır. Çünki adını çəkdiyiniz yazıçılar məhz sosial şəbəkələrdə hoqqa çıxarırlar. Başqa yerlərdə onlara meydan verən olmur.

Adı çəkilən yazıçı Mikayıl Müşfiqin atılmış dırnağı belə ola bilməz. Azərbaycanın nakam şairi, mükəməl qələm sahibi olan şəxsiyyətə söz atılıbsa, yəqin ki, onun cavabı ilk olaraq dostluğunda olan şəxslər tərəfindən veriləcək”.

Sonra E.Barat üzr istəyib: “Mikayıl Müşviq bizim dəyərli şairimizdir. Şeirləri zəif olsa da. Mən onun şəxsiyyəti haqqında heç vaxt heç yerdə artıq-əskik nəsə deməmişəm.

Statusun da onun şəxsiyyətinə heç bir aidiyyəti yoxdur. Bir şair kimi həmkarımın yaradıcılığına münasibət bildirmişəm”.

E.Barat qeyd edib ki, əslində, həmin statusu yazmaqla böyük şairi təhqir etmək sitəməyib. O, həmçinin statusu yazmağının səbəbindən də danışıb:

“Şeirlərini, kitablarını oxudum. Gördüm ki, imzası ilə yaradıcılığı arasında fərq var. Həmin statusu yazmağım səbəb də elə bu oldu.

Düzdür, biraz sərt şəkildə yazmışam. Özüm də sonradan gördüm ki, kobudcasına yazmışam.

Mənim Mikayıl Müşfiqin şəxsiyyəti ilə heç bir problemim yoxdur. Ola bilər ki, həmin günü müəyyən qədər spirtli içki qəbul etmişdim, kobudluğa bu səbəb ola bilər.

Amma içkinin o statusu yazmağıma heç bir dəxli yoxdur. Səhvim odur ki, araşdırma aparmadan sərt şəkildə yazmışam. Sadəcə, bir şair olaraq, onun yaradıcılığını yumşaq şəkildə tənqid edə bilərdim.

Mən əslində, statusda Mikayıl Müşfiqi təhqir etməmişəm. Çünki, statusu normal şəkildə oxuyanda başa düşülür ki, mən onun yaradıcılığını tənqid etmişəm”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fikrət Qoca Müşviqi təhqir edənlərə "od püskürdü" — “Belə adamlar atasını, babasını tanımır”

    Fikrət Qoca Müşviqi təhqir edənlərə "od ...

    13-03-2018, 13:18

  • 
  • "Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

    "Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə ...

    14-01-2018, 16:33

  • 
  • Elza və Şəhriyar üz-üzə gəlir - canlı yayımda davaya çıxmışdılar+video

    Elza və Şəhriyar üz-üzə gəlir - canlı yayımda ...

    1-09-2017, 16:04

  • 
  • Mikayıl Müşfiq gecəsi...

    Mikayıl Müşfiq gecəsi... ...

    26-01-2017, 21:02

  • 
  • Səlim Müslümov daha bir məmuru işdən azad etdi

    Səlim Müslümov daha bir məmuru işdən azad etdi ...

    21-11-2013, 01:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu