GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Boykot qərarını oxuyan fəalın saxlandığı bildirilir

Boykot qərarını oxuyan fəalın saxlandığı bildirilir

Tarix: 28-03-2018, 11:14 Bölmə :Cəmiyyət Baxış: 308
Boykot qərarını oxuyan fəalın saxlandığı bildirilir


"Müsəlman Birliyi" Hərəkatının daha bir üzvü Xalid Siyabovun saxlandığı bildirilir.

gundemxeber.az xəbər verir ki, bu barədə AzadlıqRadiosu-na onun yaxınları məlumat verib.

Yaxınlarının bildirdiyinə görə, Siyabov martın 27-də günorta saat 12 radələrində evdən çıxıb. O, hərəkatın başqa bir üzvü ilə görüşə gedib: "Görüşə az qalmış həmin adama zəng edib deyib ki, onu tutdular. Amma onu hansı orqanın əməkdaşlarının saxladığı, hara aparılması haqda heç bir söz deməyib", yaxınları vurğulayıblar.

Yaxınları hesab edir ki, Xalid Siyabovun saxlanması martın 26-da siyasi məhbus sayılan şəxslərin müdafiəsinə həsr olunmuş tədbirdəki çıxışı ilə bağlıdır. Orada Xalid Siyabov "Müsəlman Birliyi" Hərəkatının aprelin 11-nə təyin edilən prezident seçkilərini boykot etməsi haqda bəyanatı səsləndirmişdi. Bəyanatı hərəkatın İdarə Heyətinin həbsdə olan üzvləri yayıb.

Xalid Siyabovun saxlanması haqda yaxınlarının söylədiklərinə Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb.

Onu bir neçə ay öncə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının saxladığı da bildirilmişdi. Onda ona xəbərdarlıq edildiyi deyilirdi. Həmin vaxt da məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

“Müsəlman Birliyi” Hərəkatının sədri, onun müavinləri və bir çox fəalı hazırda həbsdədir. Onlar 2015-ci il noyabrın 26-da baş verən Nardaran hadisələrinə görə, qətl və bir sıra ağır cinayətlərdə ittiham ediliblər. Nardaran hadisələri zamanı 6 nəfər qətlə yetirilib. Ancaq “Müsəlman Birliyi” Hərəkatının təmsilçiləri qətl və başqa cinayətlərdə ittihamları qəbul etmirlər.

"Müsəlman Birliyi" hərəkatı da Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkisini boykot etmək qərarı verib. Bu barədə martın 26-da Siyasi Məhbus Ailələrini Koordinasiya Mərkəzinin toplantısında Hərəkatın təmsilçiləri məlumat verib.

"Təəssüf ki, hələ də ölkəmizdə ədalətli məhkəmə, şəffaf seçki sistemi yoxdur. İllərdir ki, bu millət ədalətsiz məhkəmələrdən, saxta seçkilərdən, haqsız həbslərdən əziyyət çəkir. Əlbəttə, bütün bunlar heç bir halda, zülmlə barışmağımıza səbəb olmamalıdır.

Növbədənkənar seçkinin əvvəlkilər kimi formal xarakter daşıyacağını nəzərə alıb, təşkilat olaraq onu boykot edirik", – hərəkatın İdarə Heyətinin həbsdə olan üzvləri boykot qərarı ilə bağlı bəyanatında belə yazıb.

2015-ci il noyabrında güc orqanları Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyatda «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Onlara bir sıra ağır ittihamlar irəli sürülüb, uzunmüddətli həbs cəzaları kəsilib.

“TƏZYİQLƏR BAŞLAYIB”

Toplantıda Məhbus Ailələrini Koordinasiya Mərkəzinin üzvü Zəfər Əhmədli bildirib ki, Milli Şuranın martın 31-nə təyin etdiyi mitinq öncəsi təzyiqlər başlayıb: "Hər dəfə mitinq öncəsi bu cür hallar yaşanır. Cəmiyyətdə xof yaratmamaqdan ötrü mitinqin təşkilatçıları bir sıra faktları açıqlamır. Bu gün də səhərdən xoşagəlməz xəbərlər alırıq".

Hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib ki, Siyasi Məhbusları Müdafiə Mərkəzinin hazırladığı siyahıda 160 nəfərdən çox adamın adı var, onların da 100-ə yaxını dindar kəsimin nümayəndələridir: "Nardaran hadisələri ilə əlaqədar 200-ə qədər adam həbs olunmuşdu. Onlardan bir qisminə inzibati həbs cəzası verildi, 82 nəfərə cinayət işi açıldı. Bu gün də onların 60-dan çoxu həbsdədir. Bir çox dindarlar var ki, axtarışa verildiyinə görə ev-eşiyindən didərgin düşüb".

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisini əsas müxalifət partiyaları boykot edib, ölkədə demokratik seçki üçün şərait olmadığını bildiriblər. Hakimiyyət təmsilçiləri isə bu fikirlə razı deyillər. Hakimiyyət “siyasi məhbus” ifadəsini də qəbul etmir, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir.

Toplantıda son günlərin əsas müzakirə mövzularından olan mübarizədə etik sərhədlər məsələsinə də toxunulub. Oqtay Gülalıyev deyir ki, hakimiyyət əks tərəfdən etik çərçivədə mübarizə tələb edir, amma bu qaydanı da ən çox özü pozur: "Adamın evinə hücum edib, gülləbaran eləmək, özlərini tutub aparıb ağlasığmaz işgəncə vermək, uzunmüddətli həbsə məhkum eləmək etik hərəkətdi? Adamların yaxınlarını şərləyib həbsə salmaqla ondan imtinaya məcbur eləməyin adı etik mübarizədirmi?"

Oqtay Gülalıyev söyləyib ki, siyasi mühacirlərin yaxınlarına qarşı təzyiqlərlə bağlı hesabat hazırlanıb, yaxın günlərdə açıqlanacaq.

Hollandiyada yaşayan mühacir Orduxan Temirxanın bacıları və digər yaxınlarının polis idarəsinə aparılması yada salınıb.

Toplantı iştirakçıları siyasi məhbusların müdafiəsilə bağlı koalisiyanın genişləndirilməsi haqda təkliflər irəli sürüblər.

Xatırlatma

Prezidentin köməkçisi Əli Həsənov bir müddət öncə də Facebook səhifəsində oxşar statusla çıxış etmişdi. Həmin statusunda prezidentin köməkçisi bəzi mühacirlərə üz tutaraq yazırdı ki, "heç olmasa aralarında yaşadığınız bu avropalılardan siyasi mübarizə mədəniyyəti öyrənəydiniz".

Mühacirlər iddia edirlər ki, onlardan qisas almaq məqsədilə Azərbaycandakı qohumlarını incidirlər. Azərbaycanın hüquq-mühafizə orqanları isə bəyan edirlər ki, ölkədə heç kim qohumlarının siyasi əqidəsinə görə basqılarla üzləşmir və belə şikayətlərin heç bir əsası yoxdur.

Son həftələr Azərbaycandan mühacirət edən bəzi siyasi fəallar Avropa şəhərlərində prezident İlham Əliyevin nümunəsində "Diktatoru tanıdaq" adlı aksiyalar keçirirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xalidə Xalid azadlığa buraxıldı

    Xalidə Xalid azadlığa buraxıldı ...

    3-06-2013, 18:49

  • 
  • Hacı Talehə dəstək verən daha 3 silahlı şəxs tutuldu

    Hacı Talehə dəstək verən daha 3 silahlı şəxs ...

    2-12-2015, 15:11

  • 
  • Xalidə Xalid və Şamxal Hüseynov Bakıya qayıtdı

    Xalidə Xalid və Şamxal Hüseynov Bakıya qayıtdı ...

    6-06-2013, 15:10

  • 
  • Xalid Qarayev həbs olundu (VİDEO)

    Xalid Qarayev həbs olundu (VİDEO) ...

    30-10-2014, 10:44

  • 
  • NİDA bəyanat verdi

    NİDA bəyanat verdi ...

    15-07-2013, 12:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu