GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Elman Rüstəmovun başı dərddə - 47, 5 milyon dollarlıq iddia

Elman Rüstəmovun başı dərddə - 47, 5 milyon dollarlıq iddia

Tarix: 30-03-2018, 21:21 Bölmə :Cəmiyyət Baxış: 409
Elman Rüstəmovun başı dərddə - 47, 5 milyon dollarlıq iddia


Bank əmanətçiləri baş bankirə və digər maliyyə strukturu rəhbərlərinə qarşı 47, 5 milyon dollarlıq iddia qaldırdılar; əgər məsələnin araşdırılması zamanı cinayət əməlləri ortaya çıxsa, ilk növbədə Milli Bank sədrinin və baş direktorun həbsi qaçılmaz olacaq; seçkidən sonra maliyyə sahəsini kurasiya edənlərin işdən uzaqlaşdırılacağı gözlənilir

Ləğv prosesində olan “Bank Standard” QSC-nin əmanətçiləri Azərbaycan Mərkəzi Bankını (AMB), onun sədri Elman Rüstəmovu, Maliyyə Bazarlarına Nəzarət Palatasını (MBNP), onun Direktorlar Şurasının sədri Rüfət Aslanlını, eləcə də bankın auditini həyata keçirmiş “KPMG” audit şirkətini məhkəməyə verib.

Bu barədə bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, 82 əmanətçi “Bank Standard”ın müflisləşməsində təqsirli hesab etdiyi dövlət qurumlarına və şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi Rayon Məhkəməsində 6 kollektiv iddia irəli sürüb.

“Təqsirkarlardan vurulan zərərin əvəzi - 47,5 mln. dollardan çox məbləğin ödənilməsi tələb olunur. Bu, təxminən 81 mln. manat təşkil edir. Xatırladıram ki, ümumiyyətlə, əmanətçilərin bu bankda 157 mln. manatı qalıb. Yaxın vaxtda digər əmanətçilər də bu iddialara qoşulacaq.

İddiada əsas sübut kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur. Belə ki, Ləğv Planında “Bank Standard”da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib. Yekunda da qeyd olunub ki, 1,2 mlrd. manat borcu olan bankın cəmi 196 mln. manatlıq əmlakı var. Bu isə o deməkdir ki, yəni zərər 1 mlrd. manatdan çoxdur. Buna görə də əmanətçilərə 1 qəpik də qaytarılmayacaq", - deyə vəkil qeyd edib.

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a ətraflı açıqlama verib. O bildirib ki, proses Avropa Məhkəməsinə qədər davam edə bilər: “Əgər Azərbaycan məhkəmələri bu iddiaları təmin etməsə, biz Avropa Məhkəməsinə müraciət edəcəyik. Çünki Azərbaycan məhkəmələrinin bu iddiaları təmin etməməsi ehtimalı böyükdür. Ancaq faktlar göz qabağındadır. ”Bank Standart" əmanətçilərinin bu iddiasından sonra mənə digər bankların əmanətçiləri də zəng ediblər ki, onlar da məhkəməyə müraciət etmək istəyirlər. Özü də təkcə son illərdə bağlanan bankların yox, “Bank of Azərbaijan”ın, hətta “Royal bank”ın əmanətçiləri də müraciət ediblər ki, biz də birləşmək və məhkəmələrdə iddia qaldırmaq istəyirik. Biz artıq bu faktları sübut etməli olmayacağıq, çünki Ali Məhkəmənin təsdiq etdiyi Ləğv Planında var. Son nəticədə Ləğv Planında deyilir ki, bankın 1 milyard 200 milyon manat borcu var, cəmi əmlakı isə 196 milyon manatdır. Yəni bankın zərəri 1 milyard manatdan çoxdur".

Hüquqşünas onu da vurğuladı ki, bu məsələdə əmanətçilərin mülkiyyət hüququ ilk növbədə konstitusiya ilə qorunur və cavabdeh tərəf dövlət qurumlarıdır: “Azərbaycan Konstitusiyasının 68-ci maddəsinin 3-cü bəndində deyilir ki, hər kəsin dövlət orqanlarının və yaxud vəzifəli şəxslərin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüquq var.

“Banklar haqqında” Qanunun 92-ci maddəsində isə konkret olaraq deyilir ki, Mərkəzi Bank, MBNP və onların vəzifəli şəxsləri bank nəzarətini həyata keçirərkən qanunsuz hərəkət və ya hərəkətsizliyə yol veriblərsə, onlar vurulan zərərə görə məsuliyyət daşıyırlar. Bu qanuna görə bank nəzarətinin əsas mahiyyəti odur ki, Mərkəzi Bank illər boyu “Bank Standart”a nəzarət etməli idi ki, əmanətçilərin də hüquqları qorunsun. Ancaq Mərkəzi Bank bu nəzarəti etməyib. Açıq şəkildə görünür ki, AMB illər boyu bu banka kreditlər verib və bu bank vasitəsilə konkret sahibkarları kreditləşdirib, bu yolla girovlar əldə edib.

Bir faktı da deyim ki, “Banklar haqqında” Qanuna görə, ildə bir dəfə bank kənar auditor tərəfindən yoxlanmalıdır və həmin yoxlamanın nəticəsi də Mərkəzi Banka verilməlidir. 2014-2015-ci illər üzrə bunu etməyiblər. Bankın auditoru olan “KPMG” 3 dəfə Mərkəzi Banka rəsmi müraciət edib ki, yoxlama aparmağa imkan vermirlər. Bizim əlimizdə Azərbaycan Auditorlar Palatasının bu barədə rəsmi məktubu var. Bütün bunlar onu göstərir ki, ən azı AMB və sədri Elman Rüstəmov, eləcə də baş direktoru Rəşad Orucov “Bank Standart”a nəzarəti həyata keçirərkən hərəkətsizliyə yol veriblər. Vaxtında müdaxilə etməyiblər və vəziyyət gəlib bu həddə çatıb. Mövcud qanunvericilik əmanətçilərə tam əsas verir ki, pullarını bu şəxslərdən istəsinlər. Eyni məsələ MBNP-nin sədri Rüfət Aslanlıya, İbrahim Alışova, Xalid Əhədova da aiddir ki, onlar 2016-cı ilin mayından sentyabrına qədər guya bankda sağlamlaşdırma aparıblar. Bunun özü də qanunsuz idi. Çünki Nazirlər Kabinetinin müvafiq qərarı yox idi. Ləğv planında da yazılıb həmin sağlamlaşdırma dövründə bank hər ay 30 milyon manat itkiyə məruz qalıb. Sağlamlaşdırma dövrü 5 ay olub və bu dövr ərzində onlar 150 milyon manat itirdilər. Daha sonra bank nəzarəti Mərkəzi Bankdan alınıb MBNP-yə verildi. Bundan başqa, Mərkəzi Bankın Bank Standarta verdiyi 115 milyon manat kredit də var idi ki, o pul da itib getdi. Heç kim də indiyə kimi demir ki, o pulu nə ediblər".

Əkrəm Həsənovun sözlərinə görə, bu şəxslərdən başqa haqqında iddia qaldırılanlar arasında audit şirkəti və bankın keçmiş rəhbərləri də var: “Audit şirkəti uzun illər yoxlama aparıblar və məlumat veriblər ki, hər şey qaydadasındadır, buna görə cavab verməlidirlər. Digər şəxslər bankın keçmiş İdarə Heyəti sədrləri Səlim Krimanla Abbas Nəsibovdur. Onlar da bankın müflisləşməsində günahkardırlar. Bəlkə də başqaları da var. Hətta bəzi əmanətçilər tələb edirlər ki, Heydər Babayevi də məhkəməyə verək. Mən isə bildirdim ki, kimin əlində fakt varsa, təqdim etsin və onu da məhkəməyə verək. Heydər Babayevin adı heç bir sənəddə yoxdur. Deyimlər var ki, bu bank onun olub, ancaq əlimizdə fakt yoxdur. Bizim məhkəməyə təqdim etdiyimiz iddialar sırf əlimizdə olan faktlarla bağlıdır. Əmanətçilər bununla bağlı dövlət başçısına da müraciət ediblər.

Əgər 1 saylı İnzibati İqtisad Məhkəməsində və Nəsimi Rayon Məhkəməsində işə ədalətli şəkildə baxılsa, müsbət qərar verilməlidir, əmanətçilərə dəyən ziyan kompensasiya edilməlidir. Yerli məhkəmələr xeyrimizə qərar verməsə, mən əminəm ki Avropa Məhkəməsində iddialarımız təmin ediləcək. Əminəm ki, beynəlxalq maliyyə qurumları bu məhkəmələri diqqətlə izləyəcək".

Əkrəm Həsənov diqqətə çatdırdı ki, əgər məsələnin araşdırılması zamanı cinayət əməlləri ortaya çıxsa, ilk növbədə AMB sədri və baş direktorunun həbsi qaçılmazdır: “Bizim iddiamız sırf mülki iddiadır. Tələbimiz odur ki, əmanətçilərə vurulan zərər ödənilsin. Məhkəmə prosesində müəyyən olunsa ki, bu vəzifəli şəxslərin əməlində cinayət faktoru var, əlbəttə, onların həbsi gözlənilir. Mən bunu heç də istisna etmirəm, sadəcə, əlimizdə fakt yoxdur. Onu da deyim ki, bizim müraciətimiz əsasında Baş Prokurorluq artıq Səlim Krimanı axtarışa verib. Mən hesab edirəm ki, bankın müflisləşməsində əsas gühankarlar Elman Rüstəmovla Rəşad Orucovdur. Onlar uzun illər boyu bu qədər qanunsuzluğu görməyə bilməzdilər. Əgər görərək susublarsa, onların bu əməlləri araşdırılmalıdır. Əksinə, bu müddət ərzində hələ banka kredit də veriblər. Mən istisna etmirəm ki, bu məsələlər dərindən araşdırılsa son nəticədə elə Elman Rüstəmovla Rəşad Orucov həbs edilə bilərlər”.

Qeyd edək ki, prezident seçkisindən sonra maliyyə məsələlərini kurasiya edən bir sıra şəxslərin vəzifədən alınacağı gözlənilir. Onların sırasında isə ən başda Milli Bank sədri gəlir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 82 nəfər Elman Rüstəmovu məhkəməyə verdi - 81 milyonluq iş

    82 nəfər Elman Rüstəmovu məhkəməyə verdi - 81 ...

    29-03-2018, 12:42

  • 
  • Elman Rüstəmovla Rüfət Aslanlı bankları kəllə-mayallaq edib - 47 milyonluq iş...

    Elman Rüstəmovla Rüfət Aslanlı bankları ...

    30-03-2018, 16:06

  • 
  • "Dörd bankın bağlanması ilə bağlı qərar Maliyyə Nazirliyi və Mərkəzi Bankla birgə verilib"

    "Dörd bankın bağlanması ilə bağlı qərar ...

    22-07-2016, 11:09

  • 
  • Bağlanan dörd bankın əmanətçiləri üçün XƏBƏR VAR

    Bağlanan dörd bankın əmanətçiləri üçün XƏBƏR VAR ...

    25-07-2016, 22:18

  • 
  • "Bank of Azərbaycan"ın aqibətinə aydınlıq gəldi

    "Bank of Azərbaycan"ın aqibətinə ...

    10-05-2014, 13:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (508)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu