Rusiyada "Pakrov Məhərrəm" adı ilə tanınan iş adamı Məhərrəm Quliyevin həbs olunması ilə bağlı məlumat yayılıb.
GUNDEMXEBER.BİZ bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, əslən Şəmkir rayonundan olan iş adamı Məhərrəm Quliyevin əli qandallı vəziyyətdə saxlanılması ilə bağlı video "youtube" şəbəkəsində yerləşdirilib.
Qeyd edək ki, Məhərrəm Quliyev bir vaxtlar Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən "Pakrov" meyvə tərəvəz bazasının sahiblərindən biri olub. 2013-cü ildə azərbaycanlı Orxan Zeynalovun Qərbi Biryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməsi ilə bağlı Biryulevoda baş qaldıran etirazlardan sonra Moskva hökuməti Pakrov bazasını bağlayıb. Bundan sonra Məhərrəm Quliyev biznesini Kalujskoe şosedə yerləşən "Fud siti" meyvə-tərəvəz bazasında davam etdirib.
Son anda: Musavat.com-un Moskvadakı qaynaqlardan aldığı özəl xəbərə görə, bu gün saat 17 radələrində Məhərrəm Quliyevin məhkəməsi baş tutub. Məhkəmə onun həbsini ev dustaqlığı ilə əvəz edib və Quliyev təcridxanadan buraxılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?