GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cavid Qurbanov və onun başının dəstəsi… – Baş dəmiryolçu şikayətçilərdən necə qorunur?

Cavid Qurbanov və onun başının dəstəsi… – Baş dəmiryolçu şikayətçilərdən necə qorunur?

Tarix: 7-04-2018, 15:22 Bölmə :Cəmiyyət Baxış: 459
Cavid Qurbanov və onun başının dəstəsi… – Baş dəmiryolçu şikayətçilərdən necə qorunur?


Bir sıra media orqanlarında yayılan məlumata görə, tanınmış jurnalist Eynulla Fətullayev sosial şəbəkədə "Azərbaycan Dəmir Yolları” QSC sədri, deputat Cavid Qurbanovu ittiham edib: "Mən Özbəkistandakı sürət qatarlarından və Azərbaycan dəmiryolları sistemindəki bərbad vəziyyətdən yazmışdım. Bundan sonra nə başladı?
"Dəmir Yolları” QSC rəhbəri Cavid Qurbanov düyməni basdı və mənə dəmiryolçuların məktubları axışdı.


Guya Cavid olmasaydı biz "Stolıpin vaqonları”na qayıdardıq. Buna görə də sağ olsun! Nə deyirəm, əgər belədirsə, daha irəli gedək!

Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur. Arana enmiş bu dağlı hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır.
Soruşacaqsız ki, bu metal hardandı? Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul ver!”

Daha sonra "AzPolitika.info”nun bu yaxınlarda verdiyi yazıdan sitatlar gətirilir. Bildirilir ki, tikintisinə 10 ildən çox vaxt gedən, 1 milyard dollardan artıq vəsait xərclənən Bakı-Tiflis-Qars dəmiryol xəttinın açılış mərasimi ötən il həyata keçirilsə də, yol, istismara hələ də tam hazır deyil: "Baxmayaraq ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış ərəfəsində mətbuata açıqlamalarında bu ilin yayından Bakı-Tiflis-Qars dəmiryol xətti ilə hətta sərnişindaşımalarının həyata keçiriləcəyini deyirdi.

Cavid Qurbanovun bu günlərdə yayımlanan müsahibəsindən aydın olur ki, yolla yükdaşımalar aparılsa da, sərnişindaşımaya başlamaq gələn ildən tez mümkün olmayacaq. Hətta bəzi iddialara görə, sərnişindaşıma 2020-ci ildən tez həyata keçirilməyəcək.

Bunun səbəbi isə 3 il əvvəl C.Qurbanovun adlarını çəkmək istəmədiyi "bəzi adamların səhlənkarlığı üzündən” sərnişin vaqonlarının alınmasına dair sifarişin vaxtında icra olunmamasıdır”.

Bununlarla yanaşı bir sıra media orqanlarında, internet resurslarında Cavid Qurbanovla bağı ağır ittihamlar dərc olunub. Musavat.com-un yazdığına görə, həmin materiallarda qeyd olunur ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan "Təsərrüfat İdarəsi” MMC-də bir sıra qanun pozuntuları aşkarlanıb. Bildirilir ki, Bakı Dəmir Yolu Deposunda Rəhman Babaşov, Sərnişin Daşınmalar Departamentinin rəisi Elyar Muradov, onun müavini Hikmət Quliyev və digərlərinin əlbir olaraq qanunsuzluqlar edirlər, korrupsiya əməllərinə yol verirlər.

"Elyar Muradovun, Rəhman Babaşovun, Hikmət Quliyevin özbaşınalıqlaırndan ASC sədrinin birbaşa xəbəri var və bu qrupun qanunsuz əməllərindən əldə olunan gəlirlərdən Azərbyacan Dəmir Yolları ASC-nin sədrinə də pay çatır. "Azərbaycan Dəmir Yollaır ASC-də vəziyyət tamam başqa cürdü.Yəni Cavid Qurbanov hər gün keçmiş rəis Arif Əsgərovun atasına yüz dəfə rəhmət oxutdurur” -deyə dəmiryolçulara istinadən verilən şikayət məktubunda vurğulanır.

Həmçinin bildirilir ki, R.Babaşovun himayədarı Elyar Muradovdur. Onun sayəsində R.Babaşov yol verdiyi qanunsuzluqlara rəğmən cəzasız qalır. C.Qurbanov isə E.Muradov və onun dəstəsinin fəaliyyətinə məqsədyönlü şəkildə göz yummaqda ittiham olunur .

Yazılarda dəmiryolçulara istinadən iddia olunur ki, C.Qurbanov rəis təyin olunduqdan sonra işçilərin əmək haqları 3 dəfə aşağı düşüb: "Halbuki keçmiş sədr Arif Əsgərovun dövründə qatar rəisləri 500-600 manat arası əmək haqqı alırdılar. Ancaq indi özlərinə məxsus qatar rəislərindən başqa yerdə qalanlar 250-300 manat arası əmək haqqı alır. QSC-də hər kəs yaxşı bilir ki, Bakı Deposunda Rəhman Babaşovun rəhbərliyi altında hər ay yüz min manatlarla vəsait silinərək mənimsənilir”.

Şikayət məktublarında bütün bunlardan Cavid Qurbanovun da xəbəri olduğu iddia edilir: "Cavid Qurbanova Elyar Muradova Rəhman Babaşova sual vermək lazımdır ki, rezerv vaqonlardakı xanım qatar rəisləri və bələdçiləri niyə 400-500 manat əməkhaqqı alır? Cavid Qurbanov gələndən sonra Dəmir Yolları ASC-də özbaşınalıq, korrupsiya bir neçə dəfə çoxalıb”.

Cavid Qurbanovun vəzifəyə gəldikdən sonra ASC-də uzun illərdən bəri korrupsiyanın başında gedən şəxsləri işdən çıxarmadığı, onlarla münasibətlərinu daha da istiləşdirdiyi bildirilir.

Yazılarda Cavid Qurbanovun böyük qorunma ilə gəzdiyi, şikayətçilərin ona yaxınlaşmasına imkan verilmədiyi bildirilir: "Cavid Qurbanov ASC-nin binasından çıxanda ətrafında 20 nəfər olur. Həmin 20 nəfər sədri avtomobilə minənə qədər müşayiət edirlər. Buna görə də ASC-də şaiyə buraxıblar ki, guya Cavid Qurbanovun ətrafı qəsdən çoxlu şəkildə onu müşayət edirlər ki, sədrə heç kəs yaxınlaşmasın. ASC sədrinin ətrafı onu toplu şəkildə müşayət edərək hansısa şikayətçinin Cavid Qurbanova yaxınlaşmasına imkan vermirlər. Ətrafının Cavid Qurbanovu toplu şəkildə avtomobilinə qədər müşayiət etməsi əslində birbaşa ASC sədrinin öz planıdır. O, şikayətçilərlə qarşılaşmamaq üçün bu üsuldan istifadə edir”.

Məlumatlaeda qeyd olunur ki, Bakı-Zaqatala qatarını bələdçi xanımlar depoda öz şəxsi hesablarına boyalayıblar. Depo rəisi Rəhman Babaşov və Elyar Muradov açıq aşkar deyib ki, narazılıq edənlər işləri ilə vidalaşacaq./azpolitika.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini yoxlatdırdı, baş mühasib özünü asdı

    Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini ...

    1-08-2015, 01:57

  • 
  • Cavid Qurbanov himn yazdı - MƏTN

    Cavid Qurbanov himn yazdı - MƏTN ...

    20-10-2014, 17:14

  • 
  • Prezidentdən yeni təyinat

    Prezidentdən yeni təyinat ...

    9-02-2015, 22:28

  • 
  • Ziya Məmmədovu Cavid Qurbanov  Nəqliyyat naziri Ziya Məmmədov bundan sonra Azərbaycan Voleybol Federasiyasına rəhbərlik etməyəcək.

    Ziya Məmmədovu Cavid Qurbanov Nəqliyyat naziri ...

    12-10-2016, 19:23

  • 
  • Bahalaşmanın dəhşətli sirri: Arif Əsgərovla Cavid Qurbanov bankrotdur... - Təfərrüat

    Bahalaşmanın dəhşətli sirri: Arif Əsgərovla Cavid ...

    11-07-2017, 16:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu