Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
Yanğın Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verib.
Nəticədə mərtəbədə quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanıb.
Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın tam lokallaşdırılıb.
Hadisə yerində yaradılan operativ qərargahdan APA-ya verilən xəbərə görə, inşa edilən binanın ümumi sahəsi 800 kv.m. olan yuxarı mərtəbəsində baş verən yanğın 600 kv.m. sahəni əhatə edib. Yanğın nəticədə tikintidə istifadə olunan taxta konstruksiyalar yanıb. Mərtəbənin qalan hissəsini yanğından mühafizə olunub.
Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqadası cəlb edilib.
Hadisə zamanı xəsarət və ya tüstüdən zəhərlənmə halı qeydə alınmayıb. Yanğının fəsadların tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
***
Bakıda tikilməkdə olan hündürmərtəbəli yaşayış binası yanır.
gundemxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakıda tikilməkdə olan hündürmərtəbəli binada yanğın baş verib.
Yanğın binanın yuxarı mərtəbəsində baş verib.
Görüntülərdə binada yaşayışın olmadığı görünür. Bina “Bolluq bazarı”nın yaxınlığında yerləşir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
Sorğu
Yeni dizaynımız necədir?