GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakı Lift İdarəsinin rəisinin “ailə işi” məhkəmədə

Bakı Lift İdarəsinin rəisinin “ailə işi” məhkəmədə

Tarix: 13-04-2018, 13:38 Bölmə :Cəmiyyət Baxış: 400
Bakı Lift İdarəsinin rəisinin “ailə işi” məhkəmədə


Nərimanov Rayon Məhkəməsində Qüdrət Şükürovun keçmiş kürəkəninin işi üzrə məhkəmə başlayır; Elşən Əsgərlinin atası “baş liftçi”nin korrupsiya əməllərini araşdırmağa çağırıb

Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun adını yenidən mətbuatın gündəminə qaytaracaq məhkəmə prosesi başlanır. Aprelin 13-də Nərimanov Rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə Qüdrət Şükürovun kürəkəni Elşən Əsgərli və dostları Azər Nəsibov, Nuray Bayramlının işi üzrə hazırlıq iclası keçiriləcək.

İttiham aktında yazılanlara inansaq, Elşən Əsgərli keçmiş arvadı, Aysel Şükürovanın indiki əri Oktay Əhmədova qarşı xuliqanlıq edib. İttiham aktında yer alan məlumatlara görə, o, xuliqanlıq edərkən dostları Azər Nəsibov və Nuray Bayramlı yanında olublar. 7 yanvar 2017-ci il tarixdə Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində yerləşən avtomobil dayanacağında baş verən mübahisə zəminində Oktay Əhmədova zor tətbiq edildiyi qeyd olunur.

Elşən Əsgərlinin atası Rafael Əsgərov deyir ki, əslində döyülən də, iş üzrə təqsirləndirilən şəxs statusuna gətirilən də onun oğludur. Sadəcə, Qüdrət Şükürov əldə etdiyi milyonların hesabına indiki kürəkənini zərərçəkənə, onun oğlunu, yəni keçmiş kürəkənini isə təqsirləndirilən şəxsə çevirə bilib: “Mənim oğluma qarşı 3 dəfə cinayət törədilib. Elşən Qüdrət Şükürovun qızı ilə boşanandan sonra öz uşağı ilə görüşmək istəyərkən onu bağa çağırmışdılar. Ona demişdilər ki, uşaq bağdadır. Elşən bağa gedəndə isə gözətçini öyrədib, ona hücum etdirmişdilər. Onda da gözətçini cəzalandırmaq əvəzinə, Elşəni günahlandırıb 500 manat cərimə etdilər. İkinci dəfə Oqtay və onun dəstəsi oğlum Elşəni metronun ”Gənclik" stansiyasının yanına guya danışığa çağırıb onu beysbol bitası ilə döydülər. Sonra da maşının nömrələrini qopardıb aparmışdılar. Şikayət etdikdən sonra Oqtay maşının nömrələrini yol polisinə təhvil vermişdi. Amma indiyə qədər Nəsimi rayonu ərazisində baş verən hadisənin şahidləri dindirilməyib. Hadisənin baş verdiyi yerdə olan kameraların görüntüləri ortaya qoyulmayıb. İşi Pərviz adlı müstəntiq aparırdı. Ondan soruşuruq ki, niyə hadisə yerində olan kameraların görüntüləri ortaya qoyulmur? Deyir ki, guya kameralar işləməyib. Həmin işi faktiki olaraq dayandırıblar. Qüdrət Şükürov mənə özü deyib ki, Elşəni həbs etdirəcəyəm. Bu adam açıq-aşkar deyir ki, sizdən qisas alacağam. Çünki siz mətbuatda mənim haqda danışandan sonra korrupsiya idarəsi məndən 10 milyon pul alıb. Bunun qisasını sizdə qoymayacağam".

Elşən Əsgərlinin vəkili Ceyhun Yusifov “Yeni Müsavat”a açıqlamasında deyib ki, Nəsimi və Nərimanov rayonları ərazisində müvəkkilinə qarşı 2 ayrı-ayrı cinayət törədilib: “Tərəflər arasında Nərimanov rayonu ərazisində qarşılıqlı mübahisə olub. Elşən Əsgərli əslində hər dəfə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Elşənlə Oktay mübahisə edərkən onun dostları yolla keçirmişlər. Tanımadıqları şəxsin Elşənin üstünə yeridiyini görüblər. Onlar tərəfləri sakitləşdiriblər. Bu gün həmin şəxslər də Elşənlə bərabər istintaqa cəlb edilib və məhkəmə qarşısına çıxarılırlar. Əslində Elşən bu gün məhkəmə qarşısına təqsirləndirilən şəxs qismində deyil, zərərçəkən qismində çıxarılmalıdır. Nəsimi rayonu ərazisində Elşən Əsgərlini vəhşicəsinə döyüblər. Onu döyənlərə Qüdrət Şükürovun indiki kürəkəni Oqtay Əhmədov rəhbərlik edib. Maşınının nömrə nişanlarını belə açıb özləri ilə aparıblar. Lakin Baş Polis İdarəsinin İstintaq İdarəsində işə obyektiv yanaşılmayıb. Nəsimi rayonu ərazisində Elşən Əsgərlinin döyülməsindən sonra məhkəmə tibb ekspertizası onun bədəni üzərindəki xəsarətləri fiksə edib və dərəcəsi haqda istintaq orqanına müvafiq rəy verib. Çox təəssüf ki, bu günə qədər həmin işin icraatı heç bir əsaslı səbəb olmadan dayandırılıb. Elşən Əsgərli həmin iş üzrə zərərçəkən olduğu bir vaxtda Nərimanov rayonu ərazisində Oktay Əhmədov yenidən onunla qarşılaşıb və xəsarət yetirib. Hesab edirəm ki, məhkəmə işə obyektiv baxacaq və hazırlıq iclasında işi ibtidai istintaqa qaytaracaq”.

Elşən Əsgərlinin atası Rəfael Əsgərov Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək Qüdrət Şükürovun korrupsiya əməllərini araşdırmağa çağırıb. Rafael Əsgərov özünün və ailə üzvlərinin məmur özbaşınalığının qurbanı olduğunu bildirərək, hüquq-mühafizə orqanları və ölkə rəhbərliyindən kömək istəyir.

Rafael Əsgərov deyir ki, rəsmi maaşı cəmi 510 manat olan Qüdrət Şükürovun Bakıda, İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatı var. Onun sözlərinə görə, Bakı Lift İdarəsi dövlət büdcəsindən bu quruma ayrılan 15 milyon manatın təqribən yarısını mənimsəyib. Qüdrət Şükürov bunun üçün Moskvada Markaryan adlı bir erməni ilə işbirliyinə gedib. Rafael Əsgərov bildirib ki, Qüdrət Şükürov liftlərin qiymətini “şişirdərək” rəsmiləşdirir və dövlət büdcəsindən milyonlarla manatı ələ keçirir. Ucuz qiymətə keyfiyyətsiz liftlər alınaraq Bakıda binalarda quraşdırılır: “Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib. Dövlət büdcəsində milyonlarla manat lift istehsalçısının hesabına köçdükdən sonra, Qüdrət Şükürov oradan ”otkat" alır. Mən özüm onun “Azəriqazbank”ın filialı vasitəsilə bu “otkatı” necə aldığının şahidi olmuşam. İstintaqa dəvət olunsam, bu haqda ətraflı məlumat verəcəyəm"./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qızının toyu ilə gündəmə gələn məmurla bağlı araşdırma başladıv

    Qızının toyu ilə gündəmə gələn məmurla bağlı ...

    27-04-2017, 19:01

  • 
  • Məmur qızı keçmiş ərinin biabırçı videosunu yaydı: "Mənə əxlaqsız təkliflər edir, toy gecəsi..." +18 Video

    Məmur qızı keçmiş ərinin biabırçı videosunu ...

    21-04-2017, 15:28

  • 
  • Bakı Lift İdarəsinin rəisinə qarşı yeni şok ittihamlar - VİDEO

    Bakı Lift İdarəsinin rəisinə qarşı yeni şok ...

    20-04-2017, 16:27

  • 
  • Bakı Lift şefinə şok qadağa- İlginc təfsilat

    Bakı Lift şefinə şok qadağa- İlginc təfsilat ...

    12-05-2017, 22:22

  • 
  • Toyuna 400 min dollar pul xərcləndiyi deyilən məmur qızı danışdı: "Bu qədər pulu olan gedib..." - ŞOK təfərrüat - ÖZƏL

    Toyuna 400 min dollar pul xərcləndiyi deyilən ...

    20-04-2017, 16:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu