GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bayılda sürüşmə səngiyib, narazılıq isə artıb

Bayılda sürüşmə səngiyib, narazılıq isə artıb

Tarix: 25-04-2018, 11:00 Bölmə :Cəmiyyət Baxış: 253
Bayılda sürüşmə səngiyib, narazılıq isə artıb


Sakinlərin elektrik xətləri kəsilib, əhali “imkan versinlər, evimizdə yaşayaq” deyir

Bayıl yamacında sürüşmə zonasında yaşayan əhali növbəti dəfə etiraz aksiyası keçirməyə hazırlaşır. Bu barədə “Yeni Müsavat”a sakinlərin özləri məlumat veriblər. Onlar bildiriblər ki, öz evlərində rahat yaşaya bilmirlər. Müvafiq qurumların nümayəndələri sakinlərin kommunal xətlərini bərpa etmirlər ki, bu da onlarda narazılıq yaradıb. Sakinlərin sözlərinə görə, yanvar ayından qaz, su xətləri kəsilib. Ötən həftənin sonunda isə Mənzil İstismar İdarəsinin işçisi ilə “Azərişıq” ASC-nin nümayəndələri gəlib işıqlarını kəsiblər.

Sakin İlham Nurullanın sözlərinə görə, əvvəlcə MİS nümayəndəsi gəlib sakinlərdən ərazini çıxmağı tələb edib: “Bizə dedilər ki, evinizdən çıxmalısınız. Burada yaşamağa icazə verilmir. Həmin zaman əhali ilə məmurlar arasında mübahisə düşdü. Hadisədən iki gün sonra gəlib elektrikin verilişini dayandırdılar. Yalnız aprelin 23-də axşam saat 23 radələrində elektrikin verilişi bərpa olunub. Bunun da hansı səbəbdən baş verdiyi məlum deyil. Sakinlərin istəyi odur ki, icazə versinlər evimizdə yaşayaq. İkincisi də bizi narahat edən məsələ kompensasiya məsələsidir. Sürüşmə zamanı uçan 6 evin sahibinə hər kvadrat üçün 700 manat ödədilər. Bizə isə bu məbləğ sərf etmir. Məsələ ilə bağlı məhəllədə ötən həftə aksiya keçirdik. Lakin bu aksiyamıza da reaksiya verən olmadı. Kimsə kompensasiya ilə əlaqədar bizə söz demədi”.

Bayıl yamacında hazırda əhalinin bir qismi verilən kirayə pulu ilə razılaşıb evlərini tərk edib. Lakin ərazidə hər hansı bir qoruma olmadığı üçün onlar da mənzillərindən uzun müddət kənarda qala bilmirlər. Bu səbəbdən də demək olar ki, hər gün gəlib evlərinə nəzarət edir, həyətlərində işləyirlər. Sakinlərlə söhbətimiz zamanı onlar söylədilər ki, evlərini birdəfəlik tərk etmək fikirləri yoxdur. Çünki kompensasiya barəsində konkret söz almayıblar. Kirayəyə çıxanların da bir qismi bundan imtina edib, evlərinə dönmək istəyir. Onlar bildirdilər ki, uşaqlarının məktəbi Bayıla yaxın ərazidədir. Dövlətin verdiyi kirayə pulu ilə həmin ərazidə mənzil tapa bilmədikləri üçün xeyli aralıda məskunlaşıblar. Hər gün uşaqlarını bu ərazidən məktəbə aparıb-gətirmək isə onlar üçün əsaslı problemə çevrilib. Buna görə də sakinlər kommunal xətlərinin bərpa olunmasını tələb edir, öz evlərinə qayıtmağı istəyirlər.

Onu da qeyd edək ki, bu ilin fevral ayında Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı Nazirlər Kabineti müvafiq sərəncam imzalayıb.

Həmin sərəncama əsasən, Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədilə 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbayel Rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb. Eyni zamanda bildirildi ki, 10 fevral 2018-ci il tarixində həmin ərazidə tam dağılmış, 90-cı illərdə tikilmiş 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin 10 gün ərzində hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbayel Rayon İcra Hakimiyyətinə tapşırılır.

Bu ayın əvvəlində məlum oldu ki, ümumi sahəsi 306 kvadratmetr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadratmetr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadratmetri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb. Rəsmi məlumatlara görə, artıq bu vəsait həmin şəxslərin hesabına köçürülüb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bayılda sürüşmə zonasında son durum: əhali kirayə pulu tələb edir

    Bayılda sürüşmə zonasında son durum: əhali kirayə ...

    12-02-2018, 10:05

  • 
  • Teleqüllə yaxınlığında yaşayan sakinlərin köçürülməsinə başlanıldı - YENİLƏNİB

    Teleqüllə yaxınlığında yaşayan sakinlərin ...

    24-01-2018, 20:56

  • 
  • Bayılda baş verən sürüşmə nəticəsində 4 ev dağılıb, xəsarət alan yoxdur

    Bayılda baş verən sürüşmə nəticəsində 4 ev ...

    10-02-2018, 16:57

  • 
  • Sürüşmə ilə əlaqədar köçürülən sakinlərə vəsait ayrıldı — EKSKLÜZİV

    Sürüşmə ilə əlaqədar köçürülən sakinlərə vəsait ...

    25-01-2018, 23:38

  • 
  • Nazirlik: Bayılda sürüşmə aktiv fazadadır

    Nazirlik: Bayılda sürüşmə aktiv fazadadır ...

    13-02-2018, 11:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (452)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu