GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Avtomobillərdə pərdə-jalüz mövsümü başladı

Avtomobillərdə pərdə-jalüz mövsümü başladı

Tarix: 1-05-2018, 10:40 Bölmə :Cəmiyyət Baxış: 544
Avtomobillərdə pərdə-jalüz mövsümü başladı


Ekspert: “Azərbaycanın da qəbul etdiyi Avropa İqtisadi Komissiyasının standartlarına görə, sürücünün kürəyindən arxada qalan şüşələrə hər hansı bir məhdudiyyət qoyulmur, amma...”

Mayın 1-dən etibarən Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə pərdə və jalüz vurmağa icazə veriləcək. Bildirilib ki, avtomobillərə yalnız sənaye üsulu ilə hazırlanmış pərdə və jalüzlərin vurulmasına icazə var.

Hər bir pərdə avtomobilin modelinə uyğun şəkildə yığılır və sifarişlə hazırlanıb avtomobilin üzərinə taxılması cəmi 15 dəqiqə çəkir. Avtomobil üçün jalüzlərin qiyməti 25-40 manat arasında dəyişir.

Əgər sürücü qanunverciliyə uyğun olmayan avadanlıqdan istifadə edərsə 150 manat cərimlənəcək. Sürücülər avtomobilin şüşəsini tündləşdirən vasitələrdən də istifadə edə bilməzlər.

Məsələ ilə bağlı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar deyilir:

«Minik avtomobillərinin şüşələrinin tündləşdirilməsi Qanunun 1 saylı əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib».

Bu Qanunun tələblərinə əsasən, işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

Küləyə qarşı şüşələr üçün - 75 %

Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 %

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

Məsələ ilə bağlı sürücülərin münasibəti birmənalı deyil. Bir çox sürücülər hesab edirlər ki, bəzi xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da pərdə və jalüzlərdən istifadəyə icazə verilməlidir. Sürücülər hesab edirlər ki, avtomobil ailənin ikinci evidir və burada şüşəni qabartmaq heç də hansısa ciddi qanun pozuntusu sayılmır.

Ekspert Ərşad Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, Azərbaycanın qoşulduğu sazişə görə, bu kimi qaydalara riayət olunur:

“BMT-nin ixtisaslaşmış bir qurumu olan Avropa İqtisadi Komissiyası deyilən bir təşkilat var ki, Azərbaycan da 2002-ci ildən ora qoşulub. Bu komissiya yerüstü nəqliyyat vasitələri ilə bağlı çoxlu sayda texniki standartlar hazırlayıb. Burada bütün detallar nəzərə alınıb. Həmin standartlardan biri də 43 saylı qaydadır ki, bu da avtomobil şüşələrinə aiddir. Orada göstərilir ki, sükan arxasında əyləşən sürücünün kürəyindən arxada qalan şüşələrə hər hansı bir məhdudiyyət qoyulmur. Azərbaycan da saziş qəbul edib ki, bu texniki normativləri ölkəmizdə tətbiq edəcək. Sovet dövründən də bizdə belə bir qayda var ki, avtomobilin yan şüşələri də şəffaf olmalıdır. 10 ilə yaxındır ki, mən də məsələ qaldırmışam ki, arxa yan şüşələrin təhlükəsizlik üçün əslində heç bir önəmi yoxdur. Sürücüdən daha çox məsuliyyət tələb edən yük avtomobilləridir, nəinki minik avtomobilləri. Yük avtomobillərində isə heç bu şüşələr, ümumiyyətlə, mövcud deyil. Ona görə də Avropa İqtisadi Komissiyası belə qaydalar müəyyən edib ki, arxa yan şüşələrdə nəyin olmasının fərqi yoxdur. Dünyanın hər yerində də avtomobilin arxa yan şüşələri ilə bağlı məhdudiyyət yoxdur. Hesab edirəm ki, sürücülər narazılıq etməkdə haqlıdırlar. 43 saylı qaydaları deyildiyi kimi qəbul etmək lazımdır. Belə olarsa, mövsümülük söhbəti də aradan qalxar. Elementar bir misal deyim. Məsələn, 30 aprellə 1 mayın arasında nə fərqi var ki, bu gün pərdə taxmağa icazə yoxdur, ancaq sabah var. Yaxud da martın 31-i ilə mayın 1-i arasında hansı fərq var? Əgər söhbət günəşdən qorunmaqdan gedirsə, o zaman qış aylarında buna daha çox ehtiyac var. Çünki yay vaxtı havanın temperaturu yüksək olsa da, günəş yuxarıda olur. Avtomobilin salonunu qış aylarında daha çox gün vurur. Çünki bu aylarda günəş aşağıda olur. Ona görə də iti bucaq altında salona düşür. Burada məhdudiyyətin məhz həmin mənada qalmasının yol hərəkətinin təhlükəsizliyi ilə bağlı heç bir önəmi yoxdur. Buna görə də mövsümülük məsələsi aradan qaldırılmalıdır”.

Ekspert cərimənin miqdarı ilə bağlı aşağıdakıları bildirib:

“Onu da qeyd edim ki, müasir avtomobil istehsalçılarının hamısı xüsusi jalüz dediyimiz pərdələr qoyurlar. Bu, normal bir şeydir. Alın şüşəsinə və sürücünün sağ və sol yanında olan şüşələrə gəlincə isə, burada qanundan kənara çıxmağa qətiyyən yol verilə bilməz. Çünki bu, çox təhlükəlidir. Alın şüşəsində normativdən çox tündləşmə olarsa, o zaman görünmənin çətin olduğu yerlərdə ciddi qəzalar baş verə bilər. Cərimənin də 150 manat olması əslində alın şüşəsi və sürücünün sağ və sol yanındakı şüşələr üçün normaldır. Ancaq arxa yan şüşələrlə bağlı standartı dəyişmək lazımdır. Belə olarsa, cərimə də olmaz”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Komitənin qərarı qüvvəyə minir: - 150 manatlıq cərimədən qorunun!

    Komitənin qərarı qüvvəyə minir: - 150 manatlıq ...

    11-11-2014, 13:42

  • 
  • SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Buna görə 150 manat cərimələnə bilərsiniz

    SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Buna görə 150 manat ...

    2-05-2016, 12:54

  • 
  • Avtomobillərə pərdə vurulmasına verilən icazənin vaxtı bitir

    Avtomobillərə pərdə vurulmasına verilən icazənin ...

    22-10-2013, 10:58

  • 
  • Yol polisi bir ay öncədən XƏBƏRDARLIQ edir

    Yol polisi bir ay öncədən XƏBƏRDARLIQ edir ...

    29-09-2015, 17:42

  • 
  • Yol polisi: plyonka mövsümü bu gün başa çatır

    Yol polisi: plyonka mövsümü bu gün başa çatır ...

    15-11-2014, 11:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu