Bakının Bayıl qəsəbəsi Buxta küçəsi, 9 ünvanında sürüşmə prosesindən sonra ona bitişik İbrahim Məmmədov 2-A küçəsində yerləşən 16 mərtəbəli binaya bitişik köməkçi binada çökmə başlayıb. Bu barədəEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
“Çökmə prosesinin 16 mərtəbəli binanın özünə aidiyyatı yoxdur. amma sonradan, bir neçə il əvvəl binanı “irəli” çıxararaq sütunlar qoyublar, boş torpaq üstünə otuzdurulub, nə bilim bərbərxana və s. tikilib. İndi çökmə əlavə yaradılan həmin həmin yerlərdədir. Bir də təkrar edim ki, bunun bütövlükdə binaya aididyyatı yoxdur. Adıçəkilən həmin köməkçi sütunlarıdan biri təxminən 20 santimetr çöküb”.
Ə.Qaralov deyir ki, ərazidəki sürüşmənin müntəzəm dəyərləndirilməsi üçün 11 mayak quraşdırılıb. Ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində dəyişikliklərin olub-olmadığı müəyyənləşdirilir.
Ekspedisiya rəisi bütün sürüşmənin Bayıl yamacında baş verdiyini deyərək bu zonanın tikintilərlə yükslənməsinin əleyhinə olduğunu bildirib.
“2018-ci ilin yanvar ayından Bayıl yamacının bu və ya digər hissəsində sürüşmələr, çökmələr baş verir, bu da təsadüfi deyil. Əsas səbəb də budur ki, ərazi özü sürüşməyə meyllidir, əlavə yüklənmələr, yamacın şaquli kəsilməsi prosesi sürətləndirir”.
Qeyd edək ki, Bayıl yamacının tərkib hissəsi olan buxtada yerləşən yaşayış evlərində sürüşmə-çökmə prosesləri mayın əvvllərindən başlayıb, mayın ortalarından proses fəal mərhləyə daxil olub. 3 ev dağılıb, 20-yə qədər evin sakinləri ərazidən köçürülüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?