8 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən vətəndaş Emil Hüseynovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. E.Hüseynov digər zərərçəkənlərdən də aldıqları ilə birlikdə ümumi olaraq təxminən 8 milyon manat pul mənimsəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs olunub.
Hökmdən hər iki tərəf narazı qalıb. E.Hüseynov cəzanın yüngülləşdirilməsi üçün, zərərçəkmişlər isə dəymiş ziyanın ödənilmısi üçün apellyasiya şikayəti veriblər. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun icraatında baxılır. Proses iyulun 2-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən E.Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğludur. Onun qardaşı Rahib Hüseynovun məhkəməsi hazırda davam edir. Bu işdə bir neçə yüksək vəzifəli məmurun adı keçir. R.Hüseynov biznesi həmin şəxslərlə birgə qurduğunu deyib./qafqazinfo
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?