Xəbər verdiyimiz kimi, Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğlu Emil Osmanov qanunsuz bank fəaliyyətinə görə həbs edilib. Məsələ ilə bağlı açıqlama verən səfir bildirib ki, Emil Osmanov onun ilk nikahından olan oğludur: "Hələlik işin təfərrüatları ilə tanış deyiləm. Çox təəssüflənirəm”.
Daha sonra yazılır ki, Emil Osmanov problemli uşaq olub və atası onun tərbiyəsində iştirak etməyib.
Unikal.org səfir Qüdsi Osmanovla bağlı araşdırma aparıb.
Məlum olub ki, 2015-ci ildə Azərbaycanın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışan Qüdsi Osmanov rus qızlarına "padxod” etmə görüntüləri ilə mətbuatın gündəminə gəlmişdi.
İddia olunurdu ki, diplomatımız öz statusunu və missiyasını unudaraq, küçədə bir qızla tanış olmaq üçün söhbətə başlayır.
Kadrlarda parkdakı skamyaların birində əyləşmiş gənc qıza yaxınlaşan Q.Osmanov onunla dil tapmağa çalışara, dostluq etməyə başlayır, daha sonra gəzintiyə çıxırlar.
2011-ci ilin Novruz bayramında da Sankt-Peterburqda keçirilən bayram tədbirində hər kəsi şoka salan bir hadisə baş vermişdi. Ənənəvi rəsmi açılış zamanı səhnəyə dəvət edilən Qüdsi Osmanovun çıxışı zamanı naməlum bir şəxs ayağa qalxaraq əlində tutduğu meqafonla onun çıxışına mane olmuşdu. O, yanındakı qıza işarə edərək, konsulun ona 15 yaşında olduğu vaxt təcavüz etdiyi iddiasını irəli sürmüşdü.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?