gundemxeber.az APA-ya istinadən xəbər verir ki, bu gün İmişli şəhəri A. Şadlınski küçəsində Sarıxanlı kənd sakini, 1970-ci il təvəllüdlü Əsədov Babək Behbud oğlu idarə etdiyi 90-BB-693 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə Şahverdili kənd sakini, 1995-ci il təvəllüdlü Əmirov Elton Məmmədağa oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-SG-519 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, sərnişinlər - Sarıxanlı kənd sakinləri, 2007-ci il təvəllüdlü Əsədov Rəşad Babək oğlu, 1959-cu il təvəllüdlü Babayev Pencalı Feyruz oğlu, 1990-cı il təvəllüdlü Babayeva Leyla Pencalı qızı, 1963-cü il təvəllüdlü Babayeva Minarə Behbud qızı, 1995-ci il təvəllüdlü Fərzalızadə Coşqun Mahir oğlu, “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinləri - Məmmədli kənd sakini, 2011-ci il təvəllüdlü Rəhimli Yusif Zahid oğlu, sərnişini, 1988-ci il təvəllüdlü Əhmədov Nail Mail oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?