GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ordumuzun möhtəşəm hərbi paradı - hədəf bəlli...

Ordumuzun möhtəşəm hərbi paradı - hədəf bəlli...

Tarix: 28-06-2018, 10:00 Bölmə :Cəmiyyət Baxış: 399
Ordumuzun möhtəşəm hərbi paradı - hədəf bəlli...

Ali Baş Komandandan düşmənə aprel döyüşləri və Naxçıvan əməliyyatı xəbərdarlığı; Bakıdakı parada Türkiyə hərbçilərinin də qatılması İrəvanı şoka salıb...

İyunun 26-da, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında möhtəşəm hərbi parad keçirilib. Ali Baş Komandan İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləyib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Ölkə başçısı paradda iştirak edən şəxsi heyəti salamlayıb. Daha sonra nitq söyləyib. Bunun ardınca şəxsi heyətin keçidi olub. Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti tribuna önündən keçdi. Daha sonra hərbi texnika və uçuş vasitələri nümayiş etdirildi. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu. Paradda habelə Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.

Ali Baş Komandan İlham Əliyev çıxışında ordumuzun uğurlarından bəhs etməklə yanaşı, işğalçı Ermənistana və onu himayə edənlərə xəbərdarlıq edib. Prezident bildirib ki, Azərbaycan ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir və bunu yaxın tarix göstərir. Ali Baş Komandan deyib: “İki il bundan əvvəl Ermənistan xalqımıza qarşı növbəti hərbi təxribat törətmişdir, bizim mövqelərimizi atəşə tutmuşdur, mülki əhaliyə qarşı təcavüz etmişdir. Həm hərbçilərimiz, həm mülki vətəndaşlar şəhid olmuşdur. Azərbaycan ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan ordusu nəzarət edir”.

İlham Əliyev bildirib ki, ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir: “Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir”.

Prezident ardınca deyib ki, ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində zəbt edilmiş 11 min hektar ərazi düşməndən azad edildi. Azərbaycan tərəfindən böyük mühəndislik, kəşfiyyat işləri aparıldı: “Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan ordusu güclü ordudur və istənilən vəzifəni icra edə bilərik, icra da edirik. 2016-cı il aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var”.

Maraqlısı budur ki, Ermənistan hələlik ordumuzun möhtəşəm paradına reaksiya vermir. Düzdür, bəzi dairələrdə demaqogiyanın şahidi oluruq. Məsələn, Ermənistan parlamentinin vitse-spikeri Arpin Ovannisyan ABŞ helikopterlərinin Azərbaycan ordusuna necə verildiyi barədə sorğu ilə Konqresə sorğu yollayıb. Erməni deputat Bakıdakı hərbi paradda “Bell-412" helikopterlərinin nümayiş olunacağı xəbərindən sonra həyəcanlanıb.

Azərbaycanın yeni hərbi avadanlıqlar alması düşmən tərəfi ciddi şəkildə narahat edir. “Rusiyanın hərbi-texniki əməkdaşlığına dair açıqlamalarından aydın olur ki, Ermənistan tezliklə ”Su-30" SM döyüş təyyarələri, Azərbaycan “Su-35" və Türkiyə ”Su-57" təyyarələri alacaq". Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Hrant Melik-Şahnazaryan bildirib.

Şahnazaryan “Su-30" SM, ”Su-35" qırıcılarının olduqca güclü və təsirli olduğunu, istənilən döyüş əməliyyatında vəziyyətin dəyişə biləcəyinə qadir olduğunu qeyd edib. “Təbii ki, tərəflər qırıcıları hərbi parada görə əldə etmirlər. Əlbəttə ki, müharibəyə hazırlaşırlar. Bununla yanaşı, münaqişə tərəfləri hərbi imkanlarını gücləndirməkdə davam edir, gələcəkdə bəzi problemləri həll etmək üçün müasir silah əldə etmək məqsədilə əllərindən gələni etməyə çalışırlar”, - deyə Şahnazaryan qeyd edib.

İrəvan isə Azərbaycan ordusunun Naxçıvan əməliyyatını təkzib etmək üçün uğursuz cəhdlər göstərir. “Naxçıvan istiqamətində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada nokauta salıb. Ermənistan mətbuatının ”Günnüt əməliyyatını" növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir". Bir qrup erməni media nümayəndələrinin guya heç bir şey olmamış kimi cəbhənin həmin istiqamətinə səfər etməsi barədə məlumatı şərh edərkən Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. “Azərbaycan əsgərinin vurduğu tərs şillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır. Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə ”press-tur"lar təşkil etməkdən başqa bir çıxış yolu qalmır. Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır", - deyə Müdafiə Nazirliyindən bildiriblər.

Hərbi psixoloq Azad İsazadə modern.az saytına deyib ki, Ermənistan Bakıdakı hərbi parada görə şokdadır: “Öncə qeyd etmək lazımdır ki, təkcə düşmən tərəfi üçün yox, eləcə də öz xalqımız üçün dünənki hərbi parad bir az qeyri-adi oldu. Biz ən yaxşı silah və hərbi texnikanı göstərdik, amma arxa planda bəlkə də 10 qat daha yaxşı silahlar var. Digər tərəfdən, Azərbaycan tərəfi hər bir texnikanı müəyyən zamanlarda nümayiş etdirmişdi. İstər təlim vaxtı, istər Belarusdan ”Polonez"lər gətiriləndə, istər müdafiə nazirimiz hansısa hərbi hissəsinin açılışında iştirak edəndə... Hər bir texnika, silah-sursata görə ermənilər bir az reaksiya verib, hay-küy yaradıblar. Buna baxmayaraq, biz yenə də bütün bu texnikaları birləşdirib dünənki paradda nümayiş etdirdik".

Hərbi ekspert qeyd edib ki, yaxın vaxtlarda ermənilərin reaksiyası müşahidə edilə bilər: “Yaxşı bir söz var: pişiyin əli ətə çatmayanda deyir iylənib. Adətən düşmən tərəfdən bu cür reaksiyaların şahidi olmuşuq. Lakin bu dəfə heç nə görmədik. Aydındır ki, ermənilər öz içlərində yanır. Yəqin ki, bir azdan mətbuatda da olmasa, hansısa reaksiyalarını görəcəyik. Beynəlxalq təşkilatlara, ABŞ Konqresinə məktublar gedəcək, şikayətlər ediləcək. Onların susmağı bizə təsir etmir. Ümumiyyətlə, hərbi paradların məqsədi elə hərbi psixoloji təsirdir. Bu yolla əks tərəfə nəyə qadir olduğumuzu nümayiş etdiririk. Bəzən hərbi psixoloji təsirin nəticəsi elə susmaq reaksiyası olur”.

“İyunun 26-da Azərbaycanın baş meydanı olan Azadlıq meydanında keçirilən hərbi parad bundan əvvəl keçirilmiş 4 paraddan hər mənada fərqli və daha möhtəşəm idi”. Bu fikirlər isə hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərova məxsusdur. “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan siyasi-hərbi rəhbərliyi bütün dünyaya açıq və sərt şəkildə qətiyyətli mövqeyini bir daha çatdırdı: “Diqqətimi cəlb edən maraqlı məqamlardan biri də gün ərzində Moskvadan, Ukraynadan, İrandan və digər ölkələrdən həm sosial media üzərindən, həm də telefon vasitəsilə hərbi paradımızla bağlı çoxsaylı suallar və nüanslar idi. İnanıram ki, bu 100 illiyə həsr olunmuş hərbi parad mütləq Qarabağla bağlı danışıqlara güclü təsir edəcək. Ən azından düşmən də, bu vaxta kimi ona gizli və açıq havadarlıq edən Rusiya və Amerika da gördü ki, bu qədər gücün və qüvvənin qarşısında Ermənistan adlı dövlət əgər doğru və düzgün yola qayıdıb Qarabağdakı sərsəm ideyalarından əl çəkməyəcəksə, Azərbaycanı durdurmaq mümkün olmayacaq. 2016-cı ilin aprel hadisələri zamanı biz şahidi olduq ki, 20 ildən çoxdur boşboğazlıqla məşğul olan ATƏT-in bivec Minsk Qrupunun Qarabağla bağlı dünyaya çatdırmaq istədiyi fikirlərini məhz Azərbaycan əsgəri öz gücü və qətiyyəti hesabına səs salaraq nail oldu. Bu dəfə də hesab edirəm ki, paradda nümayiş olunan ən müasir silah və sursat yəqin ki, Putin-Tramp və Makron triosunu bir qədər düşünməyə və addımlar atmağa məcbur edəcək”.

Ü.Cəfərov Türkiyənin hərbi paradda iştirak etməklə işğalçıya xəbərdarlıqlar etməsinə xüsusi diqqət çəkdi: “Qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələrinin həm piyada, həm də Hərbi Hava Qüvvələrinin şahinlərinin möhtəşəm uçuşları və addımları bir çox bədxahlara bir növ mesaj idi. Yəni Azərbaycan bundan əvvəl də öz qan və din qardaşları olan Türkiyə Cümhuriyyətinə arxa-dayaq olduğu kimi, qardaş ölkənin əsgər və zabitləri də bizim yanımızda olublar və yanımızdadırlar. Yəqin ki, yaxın bir neçə aya biz paradın əks-sədasını hiss edəcəyik”.

Beləcə, dünya Azərbaycanın hərbi gücünə bir daha şahidlik etdi. İndi qalır işğalçının nazı ilə oynayan qüvvələrin düzgün nəticə çıxarması. Əks təqdirdə, Azərbaycan bu qədər hərbi arsenalını, sadəcə, paradda nümayiş etdirmək üçün zənginləşdirmədiyini sübut etməli olacaq. Millət və dövlət olaraq hədəfimiz Qarabağdır! Belə görünür ki, Bakıdakı hərbi parada Türkiyə hərbçilərinin də qatılması İrəvanı şoka salıb. 100 ilin əvvəlində Türkiyə və Azərbaycan ordusu torpaqlarımızın xilası üçün birgə silaha sarılmışdı. Tarix təkrarlana bilər...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MN parada qatılacaq şəxsi heyət, hərbi texnika və qonaqlar haqda

    MN parada qatılacaq şəxsi heyət, hərbi texnika və ...

    25-06-2018, 16:26

  • 
  • Nazir paradda YATDI - FOTOFAKT

    Nazir paradda YATDI - FOTOFAKT ...

    27-06-2018, 16:28

  • 
  • Azadlıq meydanında hərbi parad başladı — CANLI YAYIM

    Azadlıq meydanında hərbi parad başladı — CANLI ...

    26-06-2018, 11:10

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhidlərin əziz xatirəsini yad ediblər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    20-01-2016, 11:58

  • 
  • Xarici ölkələrin hərbi attaşeləri Azərbaycan HDQ-nin bazasında

    Xarici ölkələrin hərbi attaşeləri Azərbaycan ...

    6-11-2015, 00:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu