Qarabağ separatçıları erməni politoloq İqor Muradyanın şərəfinə Xankəndində heykəl ucaltmaq istəyir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə öz “Feysbuk” səhifəsində qondarma rejimin “dövlət naziri” Qriqori Martirosyan xəbər paylaşıb.
Qeyd edək ki, Muradyan əslən Azərbaycandandır. O, Bakıda anadan olub, 80-ci illərdə Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını tələb edən “Qarabağ” komitəsinə rəhbərlik edib. Sonradan bu komitənin rəhbərliyindən ayrılan Muradyan Yerevana gələrək, orada Ermənistan parlamentinin deputatı seçilib. O, sonrakı fəaliyyəti boyunca müxtəlif siyasi analizlərin hazırlanması ilə məşğul olub.
Muradyan Qərbyönlü siyasətin tərəfdarlarından biri kimi tanınıb. O, regionun siyasi problemlərinə aid 16 kitabın, 1000-dən çox məqalənin müəllifi olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?