Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentİndən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 37-41° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 38-40° isti olacağı gözlənilir
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 20-30 % olacaq.
Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.
Qeyd olunub ki, Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11.00-17.00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.
Azərbaycanın rayonlarında səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 38-43° isti, dağlarda gecə 17-22° isti, gündüz 26-31° isti təşkil edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?