Xəbər verdiyimiz kimi, iyul ayının 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücum edilib və o, yaralanaraq, xəstəxanaya yerləşdirilib.
gundemxeber.az Unikal.org-a istinadən xəbər verir ki, Elmar Vəliyevin vəzifəsini hazırda başçının I müavini Elnur Rzayev icra edir.
Məlumatı Gəncə şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.
Qeyd edək ki, Rzayev Elnur Şahbaz oğlu 2 aprel 1980-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Aşağı Şorca kəndində anadan olub. 2013-2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru vəzifəsində işləyib. 03.12.2015-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə təyin edilib.
Sorğu
Yeni dizaynımız necədir?