Gəncədə baş verən qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi münasibətilə Səməd Abbasov "İgidliyə görə” medalı ilə təltif olunub. O, təltif olunanandan 9 gün sonra şəhid olub.
gundemxeber.az miq.az-a istinadla bildirir ki, Səməd Abbasov QMİ-nin Gəncəbasar üzrə nümayəndəsi, Qazilər Şurasının üzvü, Milli Azadlıq Hərəkatının fəalı, "Lefortovo” məhbusu Seyid Tahir Qarabağinin qardaşıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?