GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ​BAKI MERİ POSTU NİYƏ AYLARDIR BOŞDUR? - “Prezidentin bu vəzifəni etbar edəcəyi məmur yoxdur”

​BAKI MERİ POSTU NİYƏ AYLARDIR BOŞDUR? - “Prezidentin bu vəzifəni etbar edəcəyi məmur yoxdur”

Tarix: 18-07-2018, 16:49 Bölmə :Cəmiyyət Baxış: 437
​BAKI MERİ POSTU NİYƏ AYLARDIR BOŞDUR? - “Prezidentin bu vəzifəni etbar edəcəyi məmur yoxdur”


Məlum olduğu kimi, bu ilin aprel ayından Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı vəzifəsi boşdur. Çünki ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunduğundan, prezidentin digər sərəncamı ilə o, paytaxt meri vəzifəsindən azad olundu. Bu təyinata qədər Bakı şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini elə Hacıbala müəllimin “sağ əli” olmuş, birinci müavini Fidumə Hüseynova icra edirdi.

Xəbər verildiyi kimi, artıq ölkə başçısının sərəncamı ilə icra strukturlarında uzunmüddətli təcrübəsi olan, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin etdi. Eyni zamanda BŞİH-nin rəhbəri vəzifəsi boş olduğundan, E.Əzizov həm də şəhər merinin səlahiyyətlərini icra edəcək.
Söz yox ki, qəfildən Eldar Əzizovun paytaxt merinin birinci müavini təyin edilməsi və ona başçının səlahiyyətlərinin verilməsi, paytaxt meri postuna iddialı olan şəxslər tərəfindən birmənalı qarşılanmadı. Çünki bu şəxslər yaxşı bilirlər ki, Eldar Əzizov təcrübəli, yüksək təşkilatçılıq, idarəetmə bacarığı olan və savadlı kadrdır. O, əvvəllər Nizami rayonunun, daha sonra Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb. Sonuncu vəzifəyə qədər isə Eldar Əzizov Səbail rayonunun icra başçısı postunda çalışıb.
Bu təyinata rəğmən, hakimiyyət daxilində paytaxt meri olmaq uğrunda mübarizə daha da gərginləşıb. Bu da səbəbsiz deyil. Axı, bu posta əsas iddiaçılardan biri, respublikanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı, “topdağıtmaz” klana arxalanaraq özünü real namizəd sayan Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev artıq, belə demək olarsa, sıradan çıxarılıb. İcra başçısına edilən sui-qəsddən sonra onun nəinki Bakı meri olmaq arzusu çin olmadı, hətta əməlləri ilə adı və soyadının üstündən qara xətt çəkdi.
Son məlumatlara görə, E.Vəliyevdən sonra bu vəzifəyə iddiaçılardan biri “Ağ şəhər” lahiyəsinin və “Bakondl” şirkətinin baş direktoru Ruslan Sadıxovdur. Xəbər verdyimiz kimi, Ruslan Sadıxov Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıxovun qardaşıdır. Rövşən Sadıxov isə keçmiş nazir Eldar Mahmudovun qudasıdır. 2005-20Q6-cı illərdə İsmayıllı rayonunun icra başçısı vəzifəsində çalışıb.
Ruslan Sadıxovun paytaxt meri postuna iddiaçı olmasında qardaşı Rövşən Sadıxovun və təmsil olunduqları hakimiyyətdaxili qrupun dəstəyinin böyük olduğu söylənilir. Sadıxovlar əslən ermənilərin işğalı altında olan Laçın rayonundandırlar.
Qeyd olunur ki, Elmar Vəliyev zərərsizləşdirildikdən sonra, hal-hazırda Bakı şəhər İcra Hakimiyyəti başçısı postunu tutmağa iddialılardan biri də elə həmin qurumda çalışan, geniş səlahiyyət sahibi olan, çoxşaxəli fəaliyyəti ilə seçilən Nərminə İsaqovadır. Əslən Qubadlı rayonundan olan Nərminə İsaqovanın hakimiyyət dairələrinə daha yaxın olduğu bildirilir.
Xatırladaq ki, şəhər meri postuna iddialı olan Nərminə xanımın qardaşı Mahir İsaqov Qubadlı rayonun icra başçısı vəzifəsində çalışır. Həm də İsaqovların ölkədə güclü bizneslə məşğul olan daha imkanlı şərikləri var...
Məlum məsələdir ki, Azərbaycanda Bakı meri postunun 4 ay boş qalmasının bir çox səbəbləri var. Bizə məlum olan və olmayan səbəbləri haqda danışmazdan öncə bildirək ki, bu barədə rəyini öyrəndiyimiz təcrübəli ekspertlır bir qədər fərqli fikirdədir.
Belə ki, uzun müddət dövlət vəzifələrində işləmiş, hal-hazırda ali pedaqoji fəaliyyətlə məşğul olan Şahin Həsənovun bu barədə fikirləri maraqlı və daha çox aktualdır: “Əlbəttə ki, paytaxt meri postunun 4 ay boş qalması mənim də maraq dairəmdədir. Şübhəsiz ki, bu posta kimisə təyin etməsi ölkə başçısının səlahiyyətinə aid olan məsələdir. Lakin uzun müddət şəhər meri vəzifəsinə real namizədin tapılmaması da gülüncdür. Söz yox ki, hal-hazırda həmin vəzlfə çox məsuliyyətlidir və bu posta təyin olunası şəxs isə daha səriştəli, savadlı vəzifə məsulliyyətini önəmli sayan və bu vəzifənin vicdanla öhdəsindən gələn bir məmur olmalıdır.
Aydın məsələdir ki, Azərbaycanda əksər zamanlar belə vəziflər boş qalanda yuxarı dairələrdə coxlu narahatlıqlar yaranır və canlanmalar əmələ gəlir. Müxtəlif klanlar yuxarı dairələrə yol taparaq, belə vəzifələrə özlərinin namizədlərin təqdim edir və onların təynatı üçün dəridən-qabıqdan çıxırlar. Ancaq bir çox dünya ölkələrində mükəmməl, sivil qaydalar mövcuddur. Məlumunuz olsun ki, bir cox xarici ölkələrdə olduğum zaman, şəhər merinin xalq tərəfindən seçildiyinin şahidi oldum. Onların təcrübəsinə görə, xalqın seçdiyi həmin məmur paytaxt sakinləri qarşısında hesabat verir və xalqı fəaliyyət proqramı ilə tanış edir.
Bizdə isə əksinədir. Yəni şəhər meri təyin olunanda xalqın seçimi və yaxud rəyi nəzərə alınmır. İcra başçısı ölkə başçısı tərəfindən təyin olunur. Əlbəttə, uzun müddət boş qalan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postunu tutmaq üçün qızğın savaş gedir. Hökümət dairələrində iddiaçıların bu vəzifəyə təyin olunması üçün müxtəlif yollar axtaranlar da olmamış deyil. Qənaətimə görə, ölkə başçısınının bu sahədə böyük təcrübəsi olan Eldar Əzizovun paytaxt merinin birinci müavin təyin etməsi və hələlik şəhər merinin səlahiyyətlərini ona həvalə etməsi heç də təsadüf deyil. Fikrimcə, ola bilər ki, İlham Əliyev bir müddət sonra elə Eldar Əzizovun özünü paytaxtın merini təyin etdi. Çünkü, hələlik prezidentin bu vəzifəni etbar edəcəyi məmur yoxdur, hərənin bir qüsuru var. Unutmayaq ki, Eldar müəllim Elmar Vəliyev, ona oxşar xalqı bezdirən və incidən bir çox icra başçılarından fərqli olaraq, xalqın arasında daha çox sərbəst hərəkət edən, xalqın dərdinə şərik olan və daima dövlətçiliyə qulluq edən məmurdur”./hurriyyet.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı şəhərinə yeni mer təyin olundu – Yeni təyinat

    Bakı şəhərinə yeni mer təyin olundu – Yeni təyinat ...

    16-07-2018, 17:00

  • 
  • Abutalıbov kabinetini boşaltdı - mer sürpriz isim ola bilər

    Abutalıbov kabinetini boşaltdı - mer sürpriz isim ...

    27-04-2018, 14:26

  • 
  • ​İşdən çıxarılan icra başçısının birinci müavini İSTEFA VERDİ

    ​İşdən çıxarılan icra başçısının birinci müavini ...

    15-12-2017, 14:58

  • 
  • Eldar Əzizov kollektivə təqdim olundu

    Eldar Əzizov kollektivə təqdim olundu ...

    17-07-2018, 12:55

  • 
  • İcra başçısı işdən çıxarıldı

    İcra başçısı işdən çıxarıldı ...

    31-08-2015, 18:50


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu