GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Özünü 17-ci mərtəbədən atan qız barədə - TƏFƏRRÜAT

Özünü 17-ci mərtəbədən atan qız barədə - TƏFƏRRÜAT

Tarix: 19-07-2018, 11:41 Bölmə :Cəmiyyət Baxış: 369
Özünü 17-ci mərtəbədən atan qız barədə - TƏFƏRRÜAT


Bakıda özünü 17-ci mərtəbədən atan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva barədə təfərrüat məlum olub.

gundemxeber.az bildirir ki, Oxu.Az-ın əməkdaşları hadisə baş verən yerdə olublar.

Məlum olub ki, 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, “Şərur” MTK-ya məxsus 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb.

Hadisə baş verən binanın komendantı Toğrul Kətanov bildirib ki, hadisə 17 iyul, səhər saat 09:38 radələrində baş verib:

“İntihar edən qız bu binada yaşamır. Saat 09:27 radələrində binanın 20-ci girişindən girərək 17-ci mərtəbənin pəncərəsindən özünü atıb.

Yuxarıdan düşən zaman binadakı kondisionerə ilişib, paltarları cırılıb. Təcili tibbi yardıma zəng vurduq. Sonra polis bölməsinə xəbər verdik. Yarım saat sonra anası və yaxınları gəldi”.

Biz binanın həyətinə asanlıqla daxil olduq. Eyni zamanda, binaların bloklarının qarşısında qıfıl, şifrəyə rast gəlmədik.

Sakinlər bildirdi ki, bina ərazisində uzun müddətdir təmir işləri gedir:

“Buraya gələn hər kəs rahatlıqla binalara daxil ola bilər. Binadakı mənzillər yarımtikilidir. Daha çox kirayə verilir. İntihar edən qız bizim binada yaşamayıb. Səhər saatlarında binaya daxil olub.

Bu barədə fakt binanın müşahidə kameralarında da var. Qız yerə düşəndə əynində paltar var idi. Gödəkçəsi kondisionerə ilişib və cırılıb. Meyit bir saata yaxın yerdə qaldı. Sonra anası hadisə yerinə gəldi”.

Sakinlər qeyd edib ki, intihar edən qız “İnşaatçılar” metrostansiyası tərəfdə yaşayırmış.

Baş verən hadisə barədə detalları öyrənmək üçün üz tutduq deyilən ünvana. Bir saata yaxın həmin ərazidə ünavanı axtardıq və yaşadığı ünvanı tapdıq.

18 yaşlı qızın anası Çimnaz Vəliyeva ağlayaraq danışmaq istəmədiyini bildirdi.

Daha sonra qızı haqda sosial şəbəkələrdə yazılanlardan sarsıldığını və danışmaq istəyini dilə gətirdi.

Nərgizin anası deyir ki, hadisədən əvvəlki gecə qızı rəfiqəsinin evində qalıb:

“Qızım rəfiqəsi Aynurun evində qalmışdı. Gecə saat 01:30-da telefonla Nərgizlə danışmışam. Rəfiqəsi ilə evdə idilər. Hadisə olan gün biz rayona gedəcəkdik. Qızımla əlaqə saxladım, dedi ki, ana, taksi çağırmışam, evə gəlirəm. Taksi ünvana çatan zaman intihar edib.

Necə olur ki, taksi gəlib həyətdə qızımı gözləyən vaxt qızım özünü 17-ci mərtəbədən atıb? Mən bütün bunları analaya bilmirəm. Özünü atdığı yer rəfiqəsinin yaşadığı bina deyil”.

Çimnaz Vəliyeva bildirdi ki, qızı haqda deyilənlər əssassızdır:

“Mən övladımı özünü atdığı binada görəndə təccübləndim ki, ay Allah, bura haradır? Mən gedəndə yerdə uzanmışdı, polislər yaxınına da buraxmadılar. Üstünü örtmüşdülər, ayağında ayaqqabı gördüm. Qızımın meyiti bir saat yerdə qalıb. Mən axı qızımı ora qoyub, getməmişdim. Aynurun evində qoymuşdum. Onun evi 9-cu mikrorayondadır.

Necə olub ki, Nərgiz intihar etdiyi binaya gəlib? Bütün bunları bilmirəm. Hər kəsdən xahiş edirəm, qızım haqda nəsə yazmasın. Mənim 18 yaşında övladım ölüb. Bu, hər kəsin başına gələ biləcək hadisədir.

Uşağımın arxasınca deyilən sözlər bir ana kimi məni sarsıdır. Hər kəs bir söz danışır. Kimisi qızımın özünü atanda lüt olduğunu deyir. Bu, düzgün deyil. Onun əynində qara şort, qırmızı gödəkçə və ayağında ayaqqabı olub”.

İntihar edən qızın anası deyir ki, Nərgiz öldüyü gün səhər sosial şəbəkədə aktiv olub:

“Qızım saat 09:10-da “Whatsapp”da aktiv olub. Şahidlər açıqlama verib ki, gecə səhərə qədər binadan ağlamaq səsi gəlib. Bəs, elədirsə, niyə bir nəfər qızımla maraqlanmayıb? Biriniz qapını açıb deyəydiniz ki, ay bala, sənə nə olub?

Bəlkə, mənim uşağımı öldürürdülər? Polisə xəbər verəydilər. Kaş qızım sağ olaydı. Mən onu bütün səhvləri ilə qəbul edərdim”.

Qeyd edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 18 yaşlı Nərgizi 17-ci mərtəbədən atıblar?

    Bakıda 18 yaşlı Nərgizi 17-ci mərtəbədən atıblar? ...

    17-07-2018, 20:24

  • 
  • Bakıda qadın özünü 5-ci mərtəbədən atıb

    Bakıda qadın özünü 5-ci mərtəbədən atıb ...

    2-08-2013, 10:52

  • 
  • Bakıda dəhşətli hadisə: özünü 12-ci mərtəbədən atdı

    Bakıda dəhşətli hadisə: özünü 12-ci mərtəbədən ...

    15-03-2017, 01:33

  • 
  • Özünü 19-cu mərtəbədən atan qadın "KİA"nın baqajına girdi

    Özünü 19-cu mərtəbədən atan qadın ...

    12-12-2016, 20:32

  • 
  • Bakıda müəllim əvvəl özünü bıçaqlayıb, sonra isə 9-cu mərtəbədən atıb

    Bakıda müəllim əvvəl özünü bıçaqlayıb, sonra isə ...

    7-08-2013, 11:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (278)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu