Türkiyədə 18 yaşlı Bahar Doğrul sosial mediada video paylaşaraq, əmisi tərəfindən zorlandığını bildirib.
gundemxeber.az xəbər verir ki, videoda gənc qız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istəyib.
“Mən Bahar Doğrul, 18 yaşındayam. Doğma əmim tərəfindən zorlandım. Ədalətin yerini tapmasını istəyirəm. İstəyirəm ki, səsimi eşitsinlər. Mən də Özgəcan və Leyla kimi vəziyyətə düşdükdən sonra səsimi eşidəcəklər? Mən də ölməliyəm? Bu insanların cəzasız qalmasını istəmirəm”, - deyə qız müraciət edib.
Qısa müddətdə video minlərlə izləyici, həmçinin Türkiyənin bir çox tanınmış siması tərəfindən də paylaşılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?