İlkin məlumatda rayonun Qırlar kənd sakinlərinin dağlıq ərazidəki quru ot və kol-kosu yandırdıqları bildirilir. Nəzarətsiz qalan alov getdikcə daha böyük ərazini əhatə edib, yaxınlıqdakı meşə sahəsinə keçib.
Hadisə yerinə FHN-in Ağsu, Şamaxı və İsmayıllı Dövlət Yanğından Mühafizə hissələrinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Dağlıq əraziyə yanğınsöndürən avtomobillər çıxa bilmədiyi üçün şəxsi heyət alovun qarşısını əl əməyi ilə almağa çalışır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?