GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Baş nazirin intihar fikrindən daşındırdığı şəxsin içki aludəçisi olduğu məlum olub

Baş nazirin intihar fikrindən daşındırdığı şəxsin içki aludəçisi olduğu məlum olub

Tarix: 30-07-2018, 19:50 Bölmə :Cəmiyyət Baxış: 387
Baş nazirin intihar fikrindən daşındırdığı şəxsin içki aludəçisi olduğu məlum olub


Bu gün səhər intihara cəhd edən və Baş nazir Novruz Məmmədovla söhbət edəndən sonra fikrindən daşınmış Tovuz rayon sakini Əhmədov Yaşar Məmmədəli oğlu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri və adiyyatı üzrə şöbələrin məsul şəxsləri tərəfindən qəbul edilib.

gundemxeber.az
bildirir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, 3 may 2018-ci il tarixində Tovuz rayonu Bozalqanlı kənd sakini Yaşar Əhmədovun qonşularının kollektiv şəkildə Xəzər televiziyasının “Səni axtarıram" verilişinə edilmiş müraciəti əsasında Y.Əhmədovun ailə problemi ictimailəşdirilmiş və mövzu ətrafında müzakirələr aparılıb



Müvafiq məsələ ilə bağlı "Xəzər" televiziyasının əməkdaşları tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi şifahi müraciət olunmuşdur. Müraciətdə Yaşar Əhmədovun həyat yoldaşı Pərvanə Məhəmməd qızı Qarayeva tərəfindən tərk edildiyi, himayəsində 2 azyaşlı uşağın olduğu və onların çətin həyat şəraitində saxlanıldığı bildirilib. Bundan dərhal sonra Komitə tərəfindən Y. Əhmədovla telefon əlaqəsi saxlanılıb və Komitəyə dəvət olunub. Bir neçə gün ərzində vətəndaş müxtəlif bəhanələrlə Komitəyə gəlməyib və telefonunu söndürüb.

Məsələ ilə əlaqədar olaraq ətraflı məlumat əldə etmək məqsədilə Komitə tərəfindən 4 may 2018-ci il tarixində 2-499/18 nömrəli məktubla Tovuz rayon İcra Hakimiyyətinə müraciət edilib. 16 may 2018- ci il tarixində Tovuz rayon icra hakimiyyəti tərəfindən müraciətə cavab olaraq hazırda uşaqların Gəncə şəhərində ananın himayəsində yaşadıqları və İcra Hakimiyyəti tərəfində müntəzəm olaraq P.Qarayeva ilə əlaqə saxlanıldığı bildirilib.

Komitə tərəfindən aparılan araşdırma əsasında məlum olub ki, vətəndaş Yaşar Əhmədov Samux rayon sakini P.Qarayeva ilə qeyri-rəsmi nikaha daxil olub və birgə nikahdan iki övladları, Hüseyn və İsmayıl Əhmədovlar doğulub. Ailə münaqişəsi zəminində baş vermiş hadisələr əsasında P.Qarayeva uşaqları atanın himayəsində qoyaraq evi tərk edib. Öz növbəsində, içki aludəçisi olan Y.Əhmədov uşaqlara laqeyd yanaşıb, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək uşaqları uşaq evinə yerləşdirmək istədiyini bildirib. Edilmiş müraciət əsasında aidiyyəti üzrə məsələnin həlli istiqamətində işlərin aparılması məqsədilə Tovuz rayon İcra Hakimiyyətinə məlumat verilib. Məsələ ilə bağlı İcra Hakimiyyətinin hüquqi məsələlər üzrə iş şöbəsi məşğul olmuş, lakin, uşaqların heç bir sənədləri olmaması səbəbindən onları uşaq evinə yerləşdirmək mümkün olmayıb. Belə olduqda, vətəndaşa atalığın müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilib və müvafiq köməklik göstərilib. Lakin, Yaşar Əhmədov Məhkəmə tərəfindən müəyyən olunmuş tarixlərdə məhkəmə iclasına gəlməyib və məsələ öz həllini tapmayıb.

Nəticədə atanın himayəsində qalan uşaqlar daha da baxımsız vəziyyətə düşüb. Hadisənin şahidi olan qonşular tərəfindən “Səni axtarıram” verlişinə edilmiş müraciət əsasında uşaqlar Kəmalə Ağazadənin rəhbərlik etdiyi “Azərbaycan Uşaqlar Birliyi” Qeyri-hökumət təşkilatının Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Məsələ ictimailəşdikdən dərhal sonra ana P.Qarayeva mərkəzə gedərək uşaqları götürüb və yaşadığı ünvana aparıb. Ana hazırda Gəncədə işləyir və uşaqlar onun himayəsindədir.

Hazırda bu məsələ Komitə tərəfindən nəzarətə götürülüb, tam həll olunana qədər nəzarət davam etdiriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş nazir Bakıda tovuzlu fəhləni intihar fikrindən necə daşındırdı

    Baş nazir Bakıda tovuzlu fəhləni intihar ...

    30-07-2018, 16:23

  • 
  • Baş nazir intihara cəhd edən şəxsi Nazirlər Kabinetinə dəvət etdi - AÇIQLAMA

    Baş nazir intihara cəhd edən şəxsi Nazirlər ...

    30-07-2018, 14:00

  • 
  • Baş nazir Novruz Məmmədov intihar etmək istəyən kişini fikrindən daşındırıb - Eksklüziv (FOTO)

    Baş nazir Novruz Məmmədov intihar etmək istəyən ...

    30-07-2018, 11:36

  • 
  • "Quba məhkəməsində baş verənlər araşdırılır" - Dövlət Komitəsi

    "Quba məhkəməsində baş verənlər ...

    7-01-2017, 10:56

  • 
  • Bakıda 14 yaşlı qızın baş tutmayan toyu

    Bakıda 14 yaşlı qızın baş tutmayan toyu ...

    29-06-2018, 14:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu