GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fədayə Laçın avtoritetləri qaçırmasının sirlərini açdı – Şok ifadə

Fədayə Laçın avtoritetləri qaçırmasının sirlərini açdı – Şok ifadə

Tarix: 31-07-2018, 16:34 Bölmə :Cəmiyyət Baxış: 484
Fədayə Laçın avtoritetləri qaçırmasının sirlərini açdı – Şok ifadə


Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ibtidai istintaqa verdiyi ifadə açıqlanıb.

Fədayə Laçın prokurorluqda verdiyi ifadəsində kriminal aləmdə nüfuza malik olan “Qoca” ləqəbli Etibar Məmmədovun Ali Ağami ilə birlikdə 23 oktyabr 2017-ci ildə “Bakı-Astara-Bakı” planlı dəmir yol qarovlunun mühafizəsi altında qaçmasına köməklik etmədiyini, bu məqsədlə ona vaqonun pəncərəsini açmaq təyinatlı xüsusi üçkünc açar tapıb göndərmədiyini deyib.

Xüsusi ilə təqsirləndirilən Aqil Nəcəfov Fədayə Laçınla üzləşdirilərkən onun əməlini üzünə qarşı deməsindən sonra cinayət əməlini etiraf edib. O bildirib ki, 1995-ci ilin fevral ayından el şənliklərinə, toylara gedərək müğənniliklə məşğul olub: “Etibar Məmmədovu 2013-cü ildən tanıyıram. Həmin il Hacıqabul rayonunda Etibarın qardaşı Azadın toyunda da müğənni kimi iştirak etmişəm. Həmin zaman Etibarı tanımışam. Lakin o zaman onunla heç bir münasibət qurmamışam”.

Fədayə Laçının ifadəsinə görə, təxminən 2015-ci ilin avqustunda Şirvan şəhərində toy məclisində olarkən müğənni yoldaşlarından adı yadında qalmayan şəxs ona Hacıqabul rayonunda bir nəfərin ad günündə 1-2 saatlıq oxumağı təklif edib: “Mən də həmin müğənni yoldaşımın dedikləri ilə razılaşdım, axşam saat 21 radələrində toydan çıxdım. Məni şadlıq evinin qarşısında gözləyən maşının müşayiəti ilə Hacıqabul rayonuna getdim. Həmin məclisidə 4-5 mahnı ifa etdim.

Orada mənə məlum oldu ki, həmin məclis Etibar Məmmədovundur. Həmçinin məclisdən çıxarkən özünü mənə Etibarın arvadı kimi təqdim edən Mahuzər adlı qadın barmağıma üzük taxdı, Etibarın adından hədiyyə olduğunu dedi. Mahuzər məndən mobil nömrəmi istədi. Mən də istifadəmdə olan mobil nömremi ona verdim.

Aradan təxminən 10 gün keçəndən sonra ona “votsap”da mesaj gəldi. Baxanda mesajı yazan şəxsin Etibar olduğunu gördüm. Mənə “Etibaram, nə sözün olsa, mənə yaza bilərsən” - məzmunda mesaj yazmışdı. Mən də ona cavabımda “Salam, Etibar, necəsən dostum? Yaxşısanmı?” yazdım. Sonra Etibarla yazışmağa başladıq. Onda bildim ki, Etibar qəzəl, şeir yazmaqla məşğuldur. Özüm də şair təbiətli insan olduğumdan qəzəlləri, şeriyyatı xoşlayıram. Etibarın da qəzəlləri, şeirləri çox xoşuma gəldi. Həmin vaxtdan Etibara yaxınlıq etməyə başladım. Ümumiyyətlə bir-birimizi sevdik”.

2015-ci ildə Etibar Məmmədovun həbs olunmasından danışan Fədayə Laçın bildirib ki, həmin il noyabrın 5-də ölüm hadisəsi baş verib: “Bir qədər sonra Etibar Məmmədov “Abdulla” kimi tanıdığım, əsl adı Ağami Əli olan şəxslə və Tahir Maqa ilə birlikdə həbs olundu. Etibar həbs olunduqdan sonra onunla danışa və ya yanına gedə bilməmişəm. Həmin ilin noyabrında məhdudiyyət qaradan qaldırıldıqdan sonra Etibar mənimlə telefon vasitəsi ilə danışmağa başladı”.

Fədayə Laçının sözlərinə görə, 2017-ci ilin mayında istintaq təcridxanasında ilk dəfə Etibarla görüşüb, həmin görüşə tək gedib.

Qeyd edib ki, iyulun 29-da Lerik rayonunda konsertdə olan zaman Etibarın iyulun 2-də qatarla Lənkərana gəlcəyi ona məlum idi: “2 və 3 iyul tarixlərində Etibar mənə zəng etdi və harada olduğumu soruşdu. Ona Lerikdə olduğumu dedim. Etibar mənə Lənkəranda polis şöbəsində saxlandığı yerə gəlməyimi, onunla görüşməyimi söylədi. Mən də zəng olunan gündən bir gün sonra saat təxminən 17 radələrində polis şöbəsinə gəldim. Həbsdə olan şəxslərin saxlandığı yerə polis əməkdaşlarının müşayiəti ilə daxil oldum. Həmin vaxt polislər mənə bir otağa keçirdilər, az sonra Etibarı da ora gətirdilər. Biz polisin yanında 15 dəqiqə görüşdük. Sonra oradan ayrıldıq”.

Fədayə Laçın bildirib ki, arada Etibar yenə də ona zəng edib, telefonla ünsiyyət saxlayıb: “2017-ci ilin avqustunda Etibar Məmmədov mənə zəng etdi. Danışıq əsnasında Bakı dəmir yolu vağzalına Bakı-Astara qatarının yanına gələrək, dustaqları daşıyan vaqonuna yaxınlaşdım. Məni hərbi geyimli bir şəxs qarşıladı, dəhlizdəki bir otağa keçirdi. Etibar Məmmədovun hamı kimi barmaqlıqlar arxasında deyil, iki nəfər üçün nəzərdə tutulmuş kupedə olduğunu gördüm. Həmin kupeyə daxil olan zaman oranın pəncərəsi dəmir barmaqlı idi və pəncərəyə pərdə vurulmuşdu. Otaqda hər bir şərait var idi. Belə başa düşdüm ki, həmin kupe bələdçiyə aiddir.

Etibarın yanına keçən zaman nəzarətçi üstümü yoxlamadı, onun yanına buraxdı. Həmin gün Etibarla bələdçinin otağında Biləcəri stansiyasına kimi getdik. Orada vaqondan düşdüm”.

Fədayə Laçının sözlərinə görə, təxminən sentyabr ayında ona Etibarın Aqil adlı dostunun istifadəsində olan mobil telefon nömrəsindən zəng gəlib: “Aqil telefonu konfrans etdi, Etibarla danışmağa başladım. Orada Etibar dedi ki, sabah onun yanına gəlim. Ertəsi gün istintaq təcridxanasına getdim, 4 saat orada oldum. Etibar mənə dedi ki, dəmiryolçuların vaqonlarda istifadə etdiyi üçkünc açar taparaq onun dostu Aqilə verim.

Məsələ burasında idi ki, Etibar Məmmədov bacım Telli Balakişiyevanın Bakı-Tibilisi qatarında rəis işlədiyini bilirdi. Etibarın bu istəyini icra edəcəyimə söz verdim. Bir müddət sonra həmin açarın qıfılının şəkilini Etibar “Votsap” vasitəsi ilə mənə göndərdi, açarı götürüb-götürməyəcəyimlə maraqlandı. Ehtimal etdim ki, Etibar həmin açarla vaqondan qaçmaq üçün istifadə edə bilər. Bu səbəbdən Tellidən həmin açarı Etibar üçün götürməyə tələsmirdim.

Hər dəfə Etibarla danışanda təkidlə tələb edirdi ki, açarı Tellidən götürərək, onun dostu Aqilə verim. Hətta Etibar bu səbəbdən bir müddət mənimlə küsdü və danışmadı”.

Fədayə Laçın deyib ki, Etibar Məmmədov istintaq təcridxanasından ona zəng edib və açarı tapıb-tapmaması ilə maraqlanıb: “Dedim ki, açar bir nəfər adamda var, zəng edib götürmək lazımdı. Etibar dedi ki, Aqil zəng vuracaq, açarı götürəcək. Həmin ərəfədə xəstə olduğum üçün mobil telefonumu söndürdüm, evdən çölə çıxmırdım. Bir və ya iki gün sonra mobil telefonumu açanda gördüm ki, Aqil zəng edib. Aqilin mobil telefonunu yığaraq açarı tapdığımı bildirdim. Ona bacım Tellinin tanışı Ədalətin telefon nömrəsini verdim ki, açarı ondan götürsün. Bildiyimə görə, Aqil Ədalətlə görüşüb, açarı ondan alıb”.

Fədayə Laçın bacısı Telliyə qıfıl açmaq üçün həmin açarın tanışlarından birinə lazım olduğunu bildirib. Telli də bu barədə tanışları ilə maraqlanacağını, ona xəbər verəcəyini deyib.

Fədayə Laçının ifadəsinə görə, bir neçə gün sonra bacısı Telli ona açarın tanışı Ədalət adlı şəxsdə olduğunu, ondan götürə biləcəyini deyib.

Fədayə Laçın deyib ki, Etibar Məmmədov bir neçə gün sonra həmin açarla qatardan qaçmaqda istifadə edib: “Bundan sonra telefonumun yaddaşından Etibar Məmmədovla yazışmanı sildim. Lakin ola bilsin ki, fotoşəkillər telefonun ayrı yerində qalmış olsun. Bildirmək istəyirəm ki, bacım Tellinin Etibarın qaçması planlından xəbəri olmayıb”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fədayə Laçın məhkəmə qarşısında

    Fədayə Laçın məhkəmə qarşısında ...

    21-12-2017, 13:16

  • 
  • Alim Qasımov Fədayə Laçına görə Prezidentə müraciət etdi

    Alim Qasımov Fədayə Laçına görə Prezidentə ...

    23-11-2017, 20:06

  • 
  • Həbsdə olan müğənni Fədayə Laçının məhkəməsi başlayır

    Həbsdə olan müğənni Fədayə Laçının məhkəməsi ...

    12-12-2017, 12:50

  • 
  • Müğənni Fədayə Laçının məhkəməsi başladı

    Müğənni Fədayə Laçının məhkəməsi başladı ...

    13-12-2017, 12:27

  • 
  • Fədayə Laçınla bağlı ölkə rəhbərliyinə müraciət olundu

    Fədayə Laçınla bağlı ölkə rəhbərliyinə müraciət ...

    22-11-2017, 13:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (122)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu