GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xanəndələrin ölüm işində yeni sensasiya-narkotik, qısqanclıq...

Xanəndələrin ölüm işində yeni sensasiya-narkotik, qısqanclıq...

Tarix: 8-08-2018, 11:00 Bölmə :Cəmiyyət Baxış: 308
Xanəndələrin ölüm işində yeni sensasiya-narkotik, qısqanclıq...


İntihar edən Novruz Hüseynovun qardaşının həbsi təsdiqləndi

Bərdə rayonunda özünü su kanalına ataraq intihar edən xanəndənin qardaşı həbs edilib. “Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, avqustun 2-də Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində meyiti tapılan xanəndə Novruz Hüseynovun 1987-ci il təvəllüdlü qardaşı Elçin Məmməd oğlu Hüseynov cinayəti bilib gizlətdiyi üçün saxlanılıb.

Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 307.3 maddəsi üzrə cinayət işi başlanaraq istintaq aparılıb və məhkəmənin qərarı ilə onun barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib. E.Hüseynov Gəncə şəhərində yerləşən istintaq təcridxanasına göndərilib.

“Report”un Qarabağ bürosu bu cinayət işi ilə bağlı yeni sensasion məlumat yayıb. Saytın əldə etdiyi məlumata görə, iyulun 31-də Miryusif Mirizadə həmkarı Novruz Hüseynovun evinə qonaq gedib.

Ağcabədi rayonu Qiyamadinli kəndi ərazisində fermada yaşayan Hüseynovlar ailəsi hava isti olduğuna görə qonağa yatmaq üçün həyətdə yataq açıblar. Hər iki dost gecə taxtın üzərində yatmali olublar. Səhərə yaxın N.Hüseynov yatılı vəziyyətdə olan dostu Miryusif Mirizadəyə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirib. Çöldə səs-küyün gəldiyini eşidən Novruzun qardaşı Elçin həyətə çıxdığında hər tərəfin qan içində olduğunu və Miryusifiin öldüyünü görüb. Bundan bir neçə dəqiqə sonra anası çölə çıxsa da bildirilib ki, Miryusifin ürəyi pis olub, şəhərə dərman almağa gedirlər. Bundan sonra meyiti qardaşı ilə birlikdə avtomobilə qoyan Elçin qardaşını hadisə yerindən uzaqlaşdırsa da özü hadisə yerində qalaraq ərazidə təmizlik işləri apararaq qan izlərini yuyub. Bununla da hadisəni gizlətməyə çalışıb.

Şahidlərin dindirilməsi zamanı məlum olub ki, həm M.Mirizadə, həm də N.Hüseynov narkotik maddə qəbul edirmişlər. Onlar hadisə baş verən gün Ağcabədi şəhərində dostları ilə birlikdə pivə içiblər. Hər iki dost daha sonra narkotik tərkibli “Spais” dərmanı qəbul ediblər.

İlkin araşdırmalara görə, N.Hüseynovun dostluq münasibətində olduğu Miryusifi öldürməsinə səbəb isə qısqanclıq olub. Belə ki, sənətdə ondan irəlidə olması və məclislərə daha çox dəvət olunması Novruzda qısqanclıq yaradıb.

Yada salaq ki, mərhum Miryusif Mirizadənin əmisi Mirsəməd Mirizadə “Yeni Müsavat”a deyib ki, Novruz Hüseynov hadisədən əvvəl Bakıda maşın alıb və qardaşı oğlundan birgə rayona getmələrini xahiş edib: “Qardaşım oğlundan da xahiş edib ki, maşınla rayona getsinlər. O da xahişini yerinə yetirib. Orada nə baş verdiyini dəqiq bilmirik. Bizim məlumatımız yoxdur”.

M.Mirizadə demişdi ki, hadisədən sonra Novruz Hüseynovun qardaşının saxlanılması ilə bağlı onlara hər hansı bir məlumat verilməyib.

Olay baş verəndən sonra hadisənin avtoqəza nəticəsində meydana gəlməsi haqda məlumatlar vardı. Elə mərhum M.Mirizadənin yaxınlarına da belə bir məlumat verilib. Lakin M.Mirizadənin meyiti müayinə edilərkən bədəni üzərində xəsarətlər aşkar olunmuşdu. Bununla bağlı M.Mirizadə “Yeni Müsavat”a demişdi ki, hadisədən sonra onlara qardaşı oğlunun qəzaya düşməsi haqda məlumat verilib: “Ekspertlər isə bədəni üzərindəki xəsarətləri görəndən sonra deyiblər ki, bu xəsarətlər avtoqəzalıq deyil. Yəni bıçaqla qətlə yetirilib. Bundan sonra araşdırmağa başlayıblar. Hələlik dəqiq bir məlumatımız yoxdur”.

Bundan əvvəl M.Mirizadə azvision.az-a demişdi ki, xəbəri ilk bilən qardaşı olub: “O, keçmiş polis əməkdaşıdır. Polis idarəsində Miryusifin soyadından biliblər ki, bizim qohumumuzdur. Ona görə də ilk ona zəng ediblər. Daha sonra meyiti Bərdə Polis Şöbəsinin əməkdaşları morqa aparıblar və orada ekspertiza edilib. Miryusifin bədənində elə yaralar var ki, ekspertizadan keçəndə şübhələr doğurub. Müəmmalar var. Çox dəhşətli vəziyyətdir. Təsəvvür edin, maşın yuvarlanıb, ağacları qıra-qıra gedib. Biz hələ də bilmirik ki, nə baş verib? Qəzadır, yoxsa qətl, bilmirik. Miryusif elə vəziyyətdə idi ki, biz onun meyitinə baxa bilmədik. Araşdırmadan sonra hər şey dəqiq bilinəcək. İlkin araşdırma zamanı Novruz Hüseynovun evində qan ləkələri aşkar edilib. Ehtimal edilir ki, o, sənət yoldaşını öz evində qətlə yetirib, daha sonra izi itirmək üçün onu avtomobilə qoyaraq ərazidən uzaqlaşmağa çalışıb. Hətta yaxınlıqdakı yanacaqdoldurma məntəqələrinin kameralarına düşən Hüseynovun qeyd olunan vaxtda avtomobildə tək olduğu görüntülənib. Maşının yük yerinə baxış keçirilərkən orada da qan izlərinin olduğu müəyyən edilib. Bu isə onu deməyə əsas verir ki, o, Mirizadəni evdən çıxarkən avtomobilin yük yerində gizlədib. Törətdiyi hadisəni ört-basdır etmək istəyən Hüseynov bu məqsədlə həmkarının olduğu avtomobili ağaclara çırparaq aşırıb. Bununla xanəndənin qəzada ölməsinə dair görüntü yaratmağa cəhd edib. Lakin törətdiyi qətlin üstünün açılacağından qorxan Hüseynov özünü Qarabağ kanalına ataraq intihar edib. Onu intihardan öncə kanalın yaxınlığında olan çoban görüb. Kimliyi açıqlanmayan çobanın sakinlərə dediyinə görə, N.Hüseynov törətdiyi qanlı cinayətdən dəhşətə gələrək ”Ay Allah, mən nə etdim?" deyərək qışqırıb".

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Bərdə Rayon Prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluqdan açıqlama verməyiblər. Baş Prokurorluğun mətbuat xidmətindən də hər hansı bir şərh verilməyib.

Xatırladaq ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xanəndələrin ölümünün əsl səbəbi bilindi – FİLM KİMİ CİNAYƏT

    Xanəndələrin ölümünün əsl səbəbi bilindi – FİLM ...

    7-08-2018, 14:07

  • 
  • Gənc xanəndələrin ölümü ilə bağlı dəhşət – Qəza deyil?

    Gənc xanəndələrin ölümü ilə bağlı dəhşət – Qəza ...

    1-08-2018, 17:01

  • 
  • İntihar edən xanəndəni sonuncu dəfə çoban görüb - Yeni təfərrüat

    İntihar edən xanəndəni sonuncu dəfə çoban görüb - ...

    2-08-2018, 21:10

  • 
  • Xanəndələrin ölümü ilə bağlı şok detallar: 4 nəfər həbs olundu

    Xanəndələrin ölümü ilə bağlı şok detallar: 4 ...

    7-08-2018, 10:00

  • 
  • Qətlə yetirilən gənc xanəndələr haqda faktlar - Video

    Qətlə yetirilən gənc xanəndələr haqda faktlar - ...

    2-08-2018, 16:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu