Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) son dörd gündə 112 miqrant saxlayıb.
Miqrasiya Xidmətinin məlumatına görə, onlardan 22-si Rusiya, 18-i Gürcüstan, 13-ü Türkmənistan, 12-si Hindistan, 9-u Pakistan, 7-si Özbəkistan, 6-sı Ukrayna, 6-sı İran, 4-ü Türkiyə, 3-ü İraq, 3-ü Nigeriya, 2-si Qazaxıstan, 2-si Birləşmiş Ərəb Əmirlikləri, 1-i Nepal, 1-i Mərakeş, 1-i Fransa, 1-i Norveç və 1-i Suriya vətəndaşıdır.
Saxlanılmış 6 nəfər Pakistan, 3 nəfər Nigeriya, 2 nəfər Hindistan və 1 nəfər Qazaxıstan vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 13 nəfər Türkmənistan (səyyar ticarət) və 3 nəfər Hindistan vətəndaşının Azərbaycan ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, digər 84 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 89 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkənin hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?