Avqustun 15-də Beynəlxalq Qızıl Xaç Komitəsi ATƏT-in Minsk qrupu həmsədrlərinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ofisinin koordinasiya edilmiş şəkildə təmas xəttinə yaxın yerdə insan meyitinin götürülməsinə dəstək verib.
Bu barədə BQXK-nin Bakı nümayəndəliyi bildirib.
Nümayəndəliyin məlumatına görə, əməliyyat müvafiq orqanların razılığı ilə həyata keçirilib.
BQXK meyitin kimliyi barədə məlumat verməyib.
Ermənistan mediası rəsmi qurumlara istinadən avqustun 12-də Qarabağda qoşunların təmas xəttində Azərbaycan vətəndaşının meyitinin aşkar olunması barədə xəbər yayıb.
Xəbərə görə, əldə olunan razılığa əsasən avqustun 15-də BQXK, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümyəndəsinin vasitəçliyi ilə meyit neytral zonadan götürülərək Azərbaycan tərəfinə təhvil verilib.
Azərbaycanın rəsmi qurumlarından bununla bağlı hələ məlumat almaq mümkün olmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?