Əfsanəvi “Çerkizov” bazarının sahibi, keçmiş milyarder Telman İsmayılov üçün pullarını geri qaytarmaq şansı yaranıb.
gundemxeber.az bildirir ki, bir neçə gün əvvəl Moskvanın Arbitaj Məhkəməsi Rusiya güc strukturlarından gizlənən və İnterpol xətti ilə axtarışa verilən İsmayılov barədə qərar çıxarıb. Qərara əsasən, sabiq milyarderə Rusiyadakı bütün əmlaklarının maliyyə idarəsi imkanı verilib.
Məlumata görə, onun Moskvanın rayonlarında malikanələri və mənzilləri var. Bu daşınmaz əmlakın ümumi dəyəri 300 milyon rubldur (təxminən 4,5 milyon dollar – red.) ki, bu da İsmayılovun borcunun kiçik bir hissəsidir. Onun hazırda 30 milyard rubl (təxminən 450 milyon dollar) borcu var.
Oliqarxın Moskvanın Kutuzovsk prospektində yerləşən binada iki mənzili var. Onlardan biri beş otaqdan ibarətdir və sahəsi 132 kvadrat metrdir. Digəri isə altı otaqdan iobarətdir və ümumi sahəsi 158 kvadrat metrdir. Mənzillərin hər birinin dəyəri 50 milyon rubl (748 min dollar) təşkil edir.
Bundan başqa, Moskva ətrafında İsmayılovun dörd yerdə torpaq sahəsi, bir neçə mənzili var.
Belə ki, Aprelevkenin Vatutina küçəsində 12 sot torpaq sahəsi və bunun tərkibində ümumi sahəsi 636 kvadrat metr olan mülkü var. Onun dəyəri 34 milyon rubldur (508 min dollar).
Həmin küçədə ümumi sahəsi 1,1 min kvadrat metr olan daha bir malikanə var ki, onun da ümumi dəyəri 50 milyon rubl təşkil edir.
Skolkov kəndində İsmayılovun dəyəri 12,6 milyon olan (188 min dollar) 24 sot torpaq sahəsi var.
Bundan başqa, oliqarx Skolkov kəndində daha bir malikanənin sahibidir. Ancaq onun sahəsi və dəyəri haqqında heç bir məlumat yoxdur.
Moskva Arbitaj Məhkəməsi 2017-ci ilin martında “Çerkizov” bazarının sahibi Telman İsmayılov barəsində müflis olma qərarı çıxarıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?