Yevlax sakini 2 yaşlı azyaşlının xəstəxanada dünyasını dəyişməsi ilə bağlı fərziyələr ortaya çıxıb.
gundemxeber.az ARB TV-yə istinadla xəbər verir ki, azyaşlını valideynləri uşağın həkim səhlənkarlığı ucbatından dünyasını dəyişdiyini iddia edirlər.
Yevlax sakini 2016-cı il təvəllüdlü Ayaz Həsənəliyevin valideynləri azyaşlının sağ tərəfin qasıq yırtığı ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həkimin sözlərinə görə, uşaq əməliyyat olunmuşdu. Lakin əməliyyatdan sonra azyaşlının kliniki ölüm keçirdiyi məlum olub.
Tofiq Kərimov – Azyaşlının babası: "Uşağı alıblar yeznəmin anasının əlindən qaldırıblar yuxarı. Deyiblər yatızdıracağıq, sabah gəlib götürərik. Aparıb gecə uşağı operasiya ediblər. Hanı sənin analizin? Hanı mənim dilimdən ərizə? Xahiş edirəm Səhiyyə Nazirliyindən. Bu işə dəqiqliklə baxın”.
Azyaşlının nənəsi: "Nəvəmin qanını istəyirəm, qanı yerdə qalmasın”.
Həkim bildirib ki, əməliyyatdan sonra uşağın vəziyyəti pisləşib. Xəstədə kliniki ölüm baş verib. Qeyd edib ki, aparılan kliniki işlərə baxmayaraq səhər səkkizə işləmiş bioloji ölüm baş verib.
Ölümün dəqiq səbəbi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Mingəçevir şəhər şöbə rəisinin rəyindən sonra məlum olacaq.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?