"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun polis bölməsinə aparılmasının görüntüləri yayılıb.
Hadisə avqustun 3-də baş versə də, görüntülər indi üzə çıxıb.
Xatırladaq ki, həmin gün "Hacı Mazan” Xəzər TV-nin əməkdaşlarına hücum etmiş, daha sonra isə onun şirkətinin inşa etdiyi binanın sakinini öz evində döymüşdü. Hadisədən sonra DİN-in "102” xidmətinə məlumat verilib və hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları cəlb edilib. Onlar jurnalistlərə və ev sahibinə hücum çəkən iş adamını polis bölməsinə aparıblar.
Hazırda faktla bağlı Bakı Şəhər Prokurorluğunda araşdırma aparılır, tərəflərin ifadələri alınır./qafqazinfo
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?