Mehman Hüseynovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciət qəbul edilməyib.
Vəkil Şəhla Hümbətova bildirib ki, cəza çəkmə müəssisəsinin rəhbərliyi məhkəməyə mülahizəsində Mehman Hüseynovun islah olunmadığını deyib.
Müəssisə rəhbərliyi M.Hüseynovun cəzaçəkmə müəssisəsindəki tədbirlərdə, iməciliklərdə iştirak etməyib, müəssisə əməkdaşlarına qarşı səmimi olmayıb.
Məhkəmə bu mülahizəyə əsaslanaraq Mehman Hüseynovu azadlığa buraxmayıb.
***
Həbsdəki bloqqer Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsi ilə bağlı məhkəmə iclası keçirilir.
Bloqqerin ərizəsinə hazırda 14 saylı cəzaçəkmə müəssisəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov baxır.
Musavat.com-un cəzaçəkmə müəssisəsinin qarşısında olan əməkdaşı xəbər verir ki, M.Hüseynovun vəkili Şəhla Hümbətova artıq cəzaçəkmə müəssisəsindədir. Məhkəmə saat 15:00-a təyin edilib.
M.Hüseynov Cinayət Məcəlləsnin 76-cı (vaxtından əvvəl şərti azad edilmə) maddəsinə əsaslanaraq, məhkəməyə müraciət edib.
Qeyd edək ki, M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından da çoxunu çəkib.
Sorğu
Yeni dizaynımız necədir?