Keçmiş səfir, indi xaricdə “mühacirlik” və “müxaliflik” edən, AND hərəkatının təsisçisi Arif Məmmədov “Səni deyirlər” oynayanları təhqir edib. O, yazdığı statusunda bu addımı "dəhşətli deqradasiya" adlandırıb.
“FB primitiv “Səni deyirlər”lə dolub-daşır. Yəni bu, kiminsə xoşuna gələ bilər? Bu, dəhşətli deqradasiyadır”, - A.Məmmədov qeyd edib.
A.Məmmədov yazdığı bu statusla özünün kim və nəyə qadir olduğunu o qədər səlis ifadə edib ki, əlavə sözə ehtiyac qalmır. Növbəti dəfə göstərib ki, nə qədər qanacaqsız, özündənrazı və yekəbaş, insanlara yuxarıdan-aşağıya baxan biriridir. Sadəcə tövsiyəm odur ki, öz bildiyi işlə məşğul olsun. Siyasət onluq deyil. Çünki özünü “siyasətçi” adlandıran kəs “Səni deyirlər”in hansı məna ifadə etdiyindən xəbərsiz olmazdı...
Dəhşətlisi odur ki, bu adam xaricdə oturub, xalqı “həmrəylik aksiyası”na çağıranlardadır. Bu statusu təkcə onu yox, xaricdən “həmrəylik” çağırışı edənlərin nəzərində "həmrəylik" anlayışının nəyi ifadə etdiyi ortaya qoydu. “Səni deyirlər” oynayanlar isə əsl həmrəylik nümunəsi ortaya qoyurlar. Onlar məmmədovlar, orduxanlar, nahidlər və oxşarları kimi saxta həmrəyliyə çağıranlar yox, sözün həqiqi mənasında həmrəylik nümayiş etdirənlərdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?