Qadın zorlanmadan qurtulmaq üçün özünü üçüncü mərtəbədən atıb.
Verilən məlumata görə, hadisə 9 sentyabr, saat 22:50-də Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib.
1972-ci il təvəllüdlü Z.Məmmədova ağır bədən xəsarətlərilə Klinik Tibb Mərkəzinə yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, Seyidov küçəsi 21 ünvanında Z.Məmmədova tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı Qaradağ rayonunda cinayət işi başlanılıb, araşdırmalar aparılır./Media.az
Sorğu
Yeni dizaynımız necədir?